"Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş keçirilib - FOTOLAR

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi Salyan Dövlət Rəsm Qalereyasında "Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş keçirilib.
Görüşdə mədəniyyət müəssisələrinin rəhbərləri, rəssamlar, təhsil işçiləri, ictimaiyyət və valideynlər iştirak edib. Çıxış edən Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov Bakı Xətai Sənət Mərkəzində keçirilən festival haqqında məlumat verib. O, bildirib ki, 28 May – Müstəqillik Gününə həsr olunan “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan müsabiqəyə 2500-ə qədər 8-21 yaşlı rəssam qatılıb. Salyan Dövlət Rəsm Qalereyasının 18 nəfər rəssam dərnək üzvünün əsəri seçilərək müsabiqələrə buraxılıb və sərgilərdə nümayiş olunub. Müsabiqənin respublika və xarici dövlətlər üzrə 13-16 yaş arasında onluğa düşən Qalereyanın dərnək üzvü, gənc rəssam Aytən Abasova (rəssam müəllim İman Mustafayev) isə festivala dəvət olunub. Gənc rəssam Salyan Dövlət Rəsm Qalereyasını "Yasəmən" tablosu ilə təmsil edib.
Çıxışlarda bildirlib ki, bu cür yerli və beynəlxalq festival, müsabiqə və sərgilər paytaxtla yanaşı regionlarda yaşayan yaradıcı uşaqlara böyük stimul verir. Nəticədə regionalarda rəssamlıq sənətinə maraq daha da artır. Sonra qaliblər festivalda iştirak etdiklərinə görə Bakı Xətai Sənət Mərkəzinin sertifikatları ilə təltif ediliblər və onların festivalda nümayiş olunan rəsm əsərlərinə baxış olub. Sərgiyə giriş 20 iyun tarixinədək davam edədəcək.
Məlumat üçün bildirək ki, Bakı Xətai Sənət Mərkəzində keçirilən festivalda Salyan Dövlət Rəsm Qalereyasının üzvləri Nərmin Məmmədovanın "Çiçək dənizi", Aysun Rəhimovanın "Güldanda gül", Fəridə Muradovanın "Zanbaqlar" (rəssam müəllim Coşğun Məmmədov), Lətifə Salmanovanın "Yasəmən natürmortu", Aytən Abasovanın "Yasəmən" (rəssam müəllim İman Mustafayev), Fəxriyyə Kərimovanın "Günəbaxanlar arasında", Ayşən Əliyevanın "Sarı lalə çiçəkləri", Yasəmən Əhmədovanın "Qızılgüllərin rəqsi", Aylin Əlizadənin "Orkide", Gülcənnət Əliyevanın "Yasəmənlər", Fatimə Ələkbərlinin "Baharın ətri", Məryəm Məmmədovanın "Vazada güllər" (rəssam müəllim Aynur Abbasova), Sevinc Yusifovanın "Çiçəkli qız", Tərbiyyə Gözəllinin "Bir səbət çiçək" (rəsm müəllimi Xanım Kazımova), Aysel Kərimovanın "Xarı bülbül", Almaz Əliyevanın "Qarışıq güllər", Günay Nəcəfovanın "Qızılgüllər", Sevda Tağızadənin "Güldandakı güllər" (rəsm müəllimi Ləman Axundova) əsərləri sərgilənib.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Diyetoloq sağlam oynaqların sirrini açıqladı
Cəmiyyət
Dünən, 16:02
Tıxacda Mühərriki Tez-Tez Söndürmək Zərərlidir – Mütəxəssislərdən Vacib Xəbərdarlıq
Dünya
Dünən, 16:00
Xameneyi Trampı Yalançılıqda İttiham Etdi
Türk dünyası / Türkiyə
Dünən, 15:57
Adile filmi sete çıktı! Tarık Akan'a şaşırtan benzerlik ortaya çıktı
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək
Azərbaycanda Çin Dili Sürətlə Yayılır – Orta Məktəblərdə Tədris Olunacaqmı?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO