Bu gün, 12:13 0 Cəmiyyət / Gündəm

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat

Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat
Qazax RMX-na yeni cərrahi müavin təyinat var. TƏBİB-in əmri ilə Vasif Məmmədov direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə gətirilib.

Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki,
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Vasif Məmmədov Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin olunub.

Yeni müavin kollektivə xəstəxananın direktoru Afiq Fərruxov tərəfindən təqdim edilib. Qeyd edək ki, təyinat cərrahi xidmətlərin təşkili və idarə olunmasının daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

E. Quliyev
Ulusum.az


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.