Xətai Sənət Mərkəzində növbəti rəsm sərgisi start götürür
28 May – Müstəqillik Gününə həsr olunan “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunan müsabiqənin sərgiləri baş tutacaq. Sərgilər mayın 13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılacaq. Qeyd edək ki, sərgilərdə Salyan Dövlət Rəsm Qalereyasının 18 üzvünün rəsm əsərləri də yer alıb. Bunlar Nərmin Məmmədovanın "Çiçək dənizi", Aysun Rəhimovanın "Güldanda gül", Fəridə Muradovanın "Zanbaqlar" (rəssam müəllim Coşqun Məmmədov), Lətifə Salmanovanın "Yasəmən natürmortu", Aytən Abasovanın "Yasəmən" (rəssam müəllim İman Mustafayev), Fəxriyyə Kərimovanın "Günəbaxanlar arasında", Ayşən Əliyevanın "Sarı lalə çiçəkləri", Yasəmən Əhmədovanın "Qızılgüllərin rəqsi", Aylin Əlizadənin "Orkide", Gülcənnət Əliyevanın "Yasəmənlər", Fatimə Ələkbərlinin "Baharın ətri", Məryəm Məmmədovanın "Vazada güllər" (rəssam müəllim Aynur Abbasova), Sevinc Yusifovanın "Çiçəkli qız", Tərbiyyə Gözəllinin "Bir səbət çiçək" (rəsm müəllimi Xanım Kazımova), Aysel Kərimovanın "Xarı bülbül", Almaz Əliyevanın "Qarışıq güllər", Günay Nəcəfovanın "Qızılgüllər", Sevda Tağızadənin "Güldandakı güllər" (rəsm müəllimi Ləman Axundova) əsərləridir. Adları qeyd olunan yeniyetmə və gənc rəssamların əsərləri 13, 15 və 17 may tarixli sərgilərdə saat 16:00-da nümayiş olunacaq. Bildirək ki, akvarel texnikasında və mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşları da qatılıb. Sərgilərdə ümumilikdə 800-ə yaxın əsər nümayiş etdiriləcək.
“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə keçirilir.
“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə keçirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
