Salyan Dövlət Rəsm Qalereyasında 2 avqust Milli Kino Günündə "Art Kino" layihəsi təqdim edilib
Salyan Dövlət Rəsm Qalereyasında 2 avqust Milli Kino Günündə "Art Kino" layihəsi təqdim edilib.
Tədbirdə rayon rəsmiləri, sənətçilər, mədəniyyət işçiləri və ictimaiyyət iştirak edib. Çıxış edən kinorejissor, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov Azərbaycan kinosunun yaranma tarixi və "Art Kino" layihəsi barədə geniş məlumat verib. Salyan Rayon İcra Hakimiyyətinin rəsmisi Məhərrəm Məmmədov, Əməkdar artist, prezident mükafatçısı, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzə, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev, uzun zaman mədəniyyət sahəsində rəhbər vəzifələrdə çalışmış Lətif Zərbəliyev, mədəniyyət işçisi Leyla Babayeva və başqaları çıxış edərək milli kinomuzun keçdiyi inkişaf yoludan və ulu öndər Heydər Əliyevin kinomuza göstərdiyi misilsiz xidmətlərindən danışıblar.
Sonra kino rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılığına həsr olunan "Arzularını çəkən rəssam" bədii-sənədli film nümayiş olunub.
Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının təqdim etdiyi "Art Kino" layihəsi çərçivəsində müntəzəm olaraq rəssamlara həsr edilən filmlər göstəriləcək, həmçinin səyyar nümayişlər olacaq.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?