Bu gün, 08:30 0 Cəmiyyət

Bakıda sulu qar və qar gözlənilir

Bakıda sulu qar və qar gözlənilir
Bəzi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Ulusum.az xəbər verir ki, fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq.

10-dan 11-nə keçən gecə və səhər saatlarında bəzi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2–5° isti təşkil edəcək.

Gecə və səhər saatlarında bəzi şəhərətrafı yolların buz bağlaması ehtimal olunur.

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.