Bu gün, 11:25 0 Cəmiyyət / Gündəm

BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO

BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı    VİDEO

Bakının qədim qəsəbəsi Buzovna zəngin memarlıq irsi və dərin dini ənənələri ilə seçilir.


Bu dəfə yolumuz Bakının Buzovna qəsəbəsinə düşdü. Qarşılaşdığımız qonaqpərvər və dininə bağlı, amma “dində məcburiyyət yoxdur” prinsipini əsas tutan Quliyev Fizuli Mikayıl oğlu sevə-sevə bildiklərini bizimlə bölüşdü.

BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı    VİDEO


O, bizi Buzovna Cümə məscidi və digər qədim ziyarətgahların tarixi ilə tanış etdi, həmçinin məhəllənin birliyi və insanların mehribanlığından danışdı.



Cümə məscidi XIX əsrdə, 1896-cı ildə Şirvan-Abşeron memarlıq üslubunda inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.



Qəsəbədə əhalinin az olmasına baxmayaraq, 7-8 məscidin fəaliyyət göstərməsi sakinlərin dini dəyərlərə bağlılığını göstərir. Buzovna həm zəngin tarixi və memarlıq abidələri, həm də əsrlərdən gələn ruhu ilə seçilir; burada pirlər, türbələr və ziyarətgahlar yerləşir.



Fizuli Mikayıl oğlu, həmçinin qeyd etdi ki, qədim Hun qəbiristanlığı, Alban kilsəsi və tarixi hamamların bir hissəsi Sovet dövründə dağıdılıb, bəzi hamamlar isə hazırda fəaliyyət göstərmir, amma "Həzrəti Əli Qədəmgahı" ziyarətgahı yerli və xarici ziyarətçilərin diqqətini cəlb etməyə davam edir.


R.Daşdəmirova.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.