Ulusumun Mətbəxində: Toyuqlu Makaron
Tərkibi:
- 250 qram makaron
- 2 ədəd toyuq filesi
- 1 paket qaymaq (krema)
- 1 kiçik baş quru soğan
- 1 diş sarımsaq
- Rəndələnmiş kaşar pendiri
- Duz, qara istiot, qırmızı bibər
- 1 xörək qaşığı qatıq
- Limon qabığı rəndəsi
- Cəfəri (maydanoz)
Hazırlanma qaydası:
1. Toyuq filesini duz, istiot və qatıqla yaxşıca qarışdırın.
2. Tavaya bir az yağ əlavə edin, toyuqları hər iki üzü qızarana qədər bişirin, sonra kənara qoyun.
3. Eyni tavada doğranmış soğan, sarımsaq, limon qabığı rəndəsi, kaşar pendiri və qaymağı birlikdə bişirin.
4. Qarışığa bir kepçə makaronun bişdiyi sudan əlavə edin və qarışdıraraq bişirməyə davam edin.
5. Bişmiş və süzülmüş makaronu əlavə edib qarışdırın, üzərinə doğranmış cəfəri səpin.
6. Toyuq ətini dilimləyib makaronun üzərinə düzün, kaşar pendiri ilə bəzəyərək süfrəyə verin.
Nuş olsun!
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
