Bu gün, 12:30 0 Sağlamlıq

Onkologiya: Xərçənglə Mübarizədə Müasir Yanaşmalar

Onkologiya: Xərçənglə Mübarizədə Müasir Yanaşmalar

Cərrahi onkologiya, digər adı ilə xərçəng cərrahiyyəsi – xərçəngin müalicəsində cərrahi üsulların tətbiq olunduğu mühüm bir tibb sahəsidir.



Tarixi baxımdan da bu sahə, müxtəlif müalicə üsulları inkişaf etməzdən əvvəl xərçənglə mübarizədə ən çox istifadə olunan metodlardan biri olmuşdur.

Cərrahi onkologiyanın əsas məqsədi – şişi (tümörü) bədəndən tamamilə çıxararaq xəstəliyin müalicəsini təmin etməkdir.

Lakin tibb və dərman texnologiyalarının inkişafı ilə yanaşı, bəzən şişin tam çıxarılması mümkün olmasa da, cərrahi onkologiya kombinə olunmuş müalicə üsullarının bir hissəsi kimi istifadə edilir.

Bu baxımdan cərrahi onkologiya xərçəng müalicəsində geniş tətbiq sahəsinə malikdir.

Cərrahi onkologiyada iki əsas əməliyyat üsulu mövcuddur:
1. Açıq cərrahiyyə – bədəndə böyük kəsik aparılaraq həyata keçirilir.
2. Minimal invaziv cərrahiyyə – bədəndə kiçik kəsiklərlə, müasir texnikalarla icra olunur.

Minimal invaziv cərrahiyyədə aşağıdakı üsullar istifadə oluna bilər:

- Laparoskopiya: Cərrah bir neçə kiçik kəsik açır. Kameralı incə boru – laparoskop vasitəsilə daxili görüntüləri izləyir və digər kəsiklərdən daxil edilən alətlərlə əməliyyatı icra edir.

- Lazer cərrahiyyəsi:Yüksək intensivlikli işıq şüası – lazer ilə əməliyyat aparılır.
- Kriyo-cərrahiyyə: Cərrah maye azot istifadə edərək xərçəngli toxumanı dondurur və məhv edir.

- Robotik cərrahiyyə: Laparoskopik üsula bənzəyir, fərqi ondadır ki, cərrah alətləri birbaşa əllə deyil, kompüterlə idarə olunan robot vasitəsilə yönləndirir.

Ulusum.az xəbər verir ki, bu texnologiyalar sayəsində cərrahi onkologiya həm daha az invaziv, həm də daha effektiv müalicə imkanları təqdim edir.

- İnvaziv əməliyyat – bədəndə kəsik və ya giriş yolu ilə həyata keçirilən əməliyyat.
- Minimal invaziv – daha az kəsiklə, az müdaxilə ilə aparılan əməliyyat növüdür (məsələn, laparoskopiya).

Qısaca desək, invaziv = daxilə müdaxilə edən.


R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.