İttihamlar, təzyiqlər, çöküş… – Dilan Polat ruhi sağlamlığı üçün xəstəxanada
Dilan Polat psixiatriya klinikasına yerləşdirildi! Qara pul yuma və vergi yayınması kimi ittihamlarla bir müddət həbsdə qalan və 19 avqust 2024-cü ildə azadlığa buraxılan sosial media fenomeni Dilan Polat, uzun müddətdir yaşadığı psixoloji problemlərlə yenidən gündəmə gəlib. Polat, bacısı Sıla Doğu ilə birlikdə psixiatriya klinikasına yerləşdirildiyini sosial media hesabında açıqlayıb.
40 ilədək həbs tələbi ilə mühakimə olunan Dilan Polatın klinikada stasionar şəkildə müalicə aldığı bildirilib. Məsələ ilə bağlı onun vəkili Sevinç Horoz açıqlama verib. Vəkil Horoz, Dilan Polatın ictimai təzyiqlərə görə ciddi psixoloji çətinliklər yaşadığını bildirib.
“PSİXİATRİYA KLİNİKASINDA YATARAQ MÜALİCƏSİNƏ BAŞLAMIŞDIR”
Dilan Polatın “etmədiyi cinayətlərə görə haqsızlığa məruz qaldığını” bildirən vəkili Sevinç Horoz belə deyib:
“Müvəkkilim Dilan Polat, uzun müddətdir üzərinə atılan ağır ittihamlar və ictimai təzyiqlər səbəbilə ciddi psixoloji gərginliklər yaşamaqdadır. Onun ruhi və fiziki sağlamlığını qorumaq, bir qadın və ana olaraq həyatına sağlam şəkildə davam edə bilməsini təmin etmək məqsədilə öz istəyilə psixiatriya klinikasına yerləşdirilmiş və müalicəsinə başlanılmışdır.”
Dilan Polatın klinikada nə qədər müddət qalacağı hələlik məlum deyil.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO