Apple App Store-da yaş məhdudiyyətləri ilə bağlı böyük dəyişikliklər etdi

Apple, App Store-da yaş kateqoriyaları sistemini genişləndirərək üç yeni reytinq – “13+”, “16+” və “18+” yaş kateqoriyalarını istifadəyə verib. Bu reytinqlər əvvəlki “4+” və “9+” kateqoriyalarını tamamlayacaq. Bu barədə 9to5Mac portalı məlumat yayıb.
Yeni yaş etiketləri avtomatik olaraq, tərtibatçılar tərəfindən daha öncə təqdim olunmuş məlumatlar əsasında mövcud tətbiqlərə tətbiq edilib. Bu sistem artıq iOS 26 və digər Apple cihazlarının beta versiyalarında işləyir. Tərtibatçılar yeni təyin olunmuş reytinqlə razı deyilsə, App Store Connect üzərindən onu əl ilə dəyişə biləcəklər.
Apple bildirir ki, yaş məhdudiyyətləri ölkə və regionlara görə fərqlənəcək və yerli standartlar nəzərə alınacaq.
Keçidi dəstəkləmək üçün Apple App Store Connect-dəki anket formasını da yeniləyib. İndi bu anketə tətbiqin daxilində ödənişlər, məzmunun idarə olunması, tibbi və sağlamlıqla bağlı materiallar, zorakılıq səhnələri və digər funksiyalarla bağlı suallar daxildir.
Tərtibatçılar bu yenilənmiş anketi 31 yanvar 2026-cı ilədək doldurmalıdırlar. Əks halda, tətbiq və oyunlarının yeni versiyalarını App Store-a yükləyə bilməyəcəklər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq