Xaricdə bizi layiqincə tanıdan qadın!

Nərgiz Həbibova, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edən və ABŞ-da yüksək uğurlar əldə edən bir hüquqşünasdır.

2022-ci ildə ABŞ-ın nüfuzlu "Chicago-Kent College of Law" universitetində "Trial Advocacy" ixtisası üzrə təhsil alaraq, beynəlxalq səviyyədə tanınan peşəkar bir mütəxəssis kimi özünü təsdiq edib. Həmçinin, Azərbaycan Diasporası ilə əməkdaşlıq edərək müxtəlif sosial təşəbbüslərdə iştirak edən Nərgiz xanım, həm tələbələrin inkişafını dəstəkləyir, həm də ölkəsinin hüquqi və sosial sahələrində müsbət dəyişikliklərə yönəlmiş mühüm layihələrə imza atır. Onun həyatına və fəaliyyətinə nəzər saldıqca, hər bir addımının həm peşəkar mühitdə, həm də cəmiyyətə verdiyi töhfələrdə dərin izlər buraxdığına şahid oluruq.

Baker McKenzie – Beynəlxalq hüquq sahəsində fəaliyyət göstərən ən böyük və nüfuzlu hüquq firmalarından biridir.
Nərgiz Həbibova haqqında qısa bir yazı yazmaq istəsəm də, onun ölkəsi və cəmiyyəti üçün qazandığı nailiyyətlər o qədər böyük və dərin əhəmiyyətə malikdir ki, bir məqalə ilə onu tam təsvir etmək çox çətin olur.
Hər uğurun arxasında böyük əzmkarlıq və fədakarlıqla göstərilən çalışqanlığın olduğunu dərk etmək deməkdir.
Bu, Nərgiz xanımı yalnız bir mütəxəssis deyil, həm də ölkəsinin peşəkar simalarından biri edir.
Təhsili
Nərgiz Həbibova 1988-ci ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Atasının ədalət prinsipləri və anasının təhsil sahəsindəki zəhmətkeşliyi onun şəxsiyyətinin əsasını qoymuşdur. Atasının polis orqanlarında xidməti fəaliyyətində qazandığı həyat təcrübələri və anasının müəllimlik fəaliyyəti onun təhsil və həyat eşqini formalaşdıraraq gələcək uğurlarının bünövrəsini yaratmışdır.

İndi isə, Nərgiz xanımın həyatı və təcrübələri ilə bağlı daha ətraflı məlumat əldə etmək məqsədilə, bir neçə sualla söhbətə davam edək.
Sual: Bildiyimizə görə, İqtisadiyyat Nazirliyində dövlət qulluğundan keçərək işə qəbul olmusunuz. Burada qazandığınız təcrübə gələcək hədəflərinizə necə təsir göstərirdi?
Cavab: 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyində “Beynəlxalq Layihələrin İdarəolunmasında” sektor müdiri olaraq, Azərbaycanın enerji təhlükəsizliyinin gücləndirilməsi və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışam. Ən önəmli layihələrdən biri, 53 milyard dollar dəyərində olan və Azərbaycanın qaz ixracı üçün strateji əhəmiyyət daşıyan "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi olub.
Bu layihə, təkcə enerji təhlükəsizliyimizi təmin etməklə kifayətlənmir, eyni zamanda ölkəmizin Avropa ilə əlaqələrini gücləndirərək beynəlxalq mövqeyini möhkəmləndirir. Layihənin idarə edilməsində fəal iştirak edərək, beynəlxalq maliyyə institutları ilə danışıqlarda iştirak etmiş, strateji qərarların qəbulunda töhfələr vermişəm. Eyni zamanda, "Cənub Qaz Dəhlizi" üzrə Ümumi Şura və Müşahidə Şurasının iclaslarında iştirak etmiş və layihənin uğurla icra olunması üçün müqavilə öhdəliklərinin müəyyənləşdirilməsində və beynəlxalq tərəfdaşlarla razılaşmaların əldə edilməsində fəal rol almışam.
Layihə, Azərbaycanın enerji sektorunda ən böyük layihələrdən biri olaraq, ölkəmizin iqtisadi inkişafına mühüm təsir göstərmiş və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyim təcrübə gələcək hədəflərimə çatmaqda vacib bir addım oldu.

Karyera mərhələsi
Özündə motivasiyanı tapan insanlar başa düşürlər ki, istəklərin reallığa çevrilməsi üçün seçimləri düzgün etməlidirlər. Uğurun əldə edilməsi üçün motivasiya ilə yanaşı, məsuliyyətli olmaq da vacibdir. Nərgiz xanım da gənc yaşlarından yüksək vəzifələrdə işləyərək, getdikcə daha böyük layihələrə liderlik etmək qabiliyyətini nümayiş etdirib. İqtisadiyyat Nazirliyində qazandığı təcrübə və beynəlxalq layihələrdəki fəallığı ona daha böyük hədəflərə doğru irəliləmək imkanları yaradıb. Bu təcrübə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki fəaliyyətində də ona uğurlu qərarlar qəbul etməyə və daha genişmiqyaslı sosial layihələrə rəhbərlik etməyə kömək etmişdir.
Sual: İqtisadiyyat Nazirliyindəki fəaliyyətinizdən sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığınız dövrdə əldə etdiyiniz əsas nailiyyətlər və töhfələr barədə məlumat verə bilərsinizmi?

Cavab: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığım dövrdə sosial layihələr üzərində fəaliyyət göstərdim. Ən böyük nailiyyətlərimdən biri, Əmək Məcəlləsinin 142-ci maddəsində dəyişiklik edilməsi ilə bağlı hazırladığımız layihə oldu. Bununla yanaşı, “övladlığa götürmə” sahəsindəki islahatlar və əmək qanunvericiliyində dəyişikliklər edilməsi məqsədilə yaradılmış "Əmək bazarı" işçi qrupunun üzvü olmaq da mənim üçün böyük uğurlardan biri idi. Sosial layihələrlə işləmək və insanların rifahını yaxşılaşdırmaq mənim üçün ən böyük uğurdur və bu əldə etdiyim ən dəyərli nailiyyətdir. Bu fəaliyyətimi davam etdirmək məqsədilə ABŞ-da bu sahədə araşdırmalar aparmağa başladım. Burada, “məişət zorakılığı” ilə bağlı qanunvericilikdəki müsbət və mənfi tərəfləri araşdıraraq beynəlxalq praktikaları dərindən öyrəndim.

“Əmək bazarı” işçi qrupu
Məişət zorakılığı
Sual: Müxtəlif ölkələrin məişət zorakılığına dair qanunvericiliklərində mövcud olan boşluqların insanların rifahına təsirini azaltmaq və bu qanunları müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün hansı sistemli və effektiv yanaşmalar tətbiq edilə bilərsiniz?
Cavab: Məişət zorakılığı qlobal miqyasda ciddi sosial problem olaraq qalır. Statistikaya nəzər salsaq, ABŞ-da hər dörd qadından biri həyatının müəyyən dövründə məişət zorakılığına məruz qalır.
Bu problemin həllinə illərdir milyardlarla dollar vəsait ayrılmasına baxmayaraq, hələ də gözlə görünən əhəmiyyətli bir dəyişiklik əldə edilməyib. Bunun əsas səbəblərindən biri, vahid mərkəzləşdirilmiş sistemin mövcud olmamasıdır. Effektiv mübarizə aparmaq üçün vahid portal, çoxagentli yanaşma (multi-agency approach) və "bir pəncərə" (one-stop shop) prinsiplərinin tətbiq olunması vacibdir. Lakin, təəssüf ki, nə ABŞ-da, nə də digər ölkələrdə bu cür sistemlərin tam şəkildə inteqrasiya olunduğunu müşahidə etmək mümkün olmur.
Bundan əlavə, məişət zorakılığı törədən şəxslərə qarşı məcburi tədbirlərin görülməməsi problemi vəziyyəti daha da mürəkkəbləşdirir. Zorakılıq törədənlərin aqressiyasını idarə etmək üçün effektiv məcburi reabilitasiya proqramlarının olmaması və bu şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına yönəlmiş müvafiq mexanizmlərin zəifliyi mövcud hüquqi tədbirlərin təsirini ciddi şəkildə azaldır. Bu da, həmçinin, cəmiyyətin ümumi təhlükəsizliyinə və məişət zorakılığına qarşı mübarizənin səmərəliliyinə mənfi təsir göstərir.
Effektiv hüquqi yanaşma və reabilitasiya proqramlarının olmaması, zorakılığın təkrarlanmasının qarşısını almaq və cəmiyyətə reinteqrasiya proseslərini asanlaşdırmaq üçün ciddi maneələr yaradır.

Sual: Azərbaycanda məişət zorakılığına qarşı mövcud olan təcili müdafiə mexanizmlərinin çatışmazlığı və sosial təzyiqlərin qadınların hüquq-mühafizə orqanlarına müraciət etməmələri necə təsir etdiyini necə qiymətləndirirsiniz?
Cavab: Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Məsələn, ABŞ və Avropa ölkələrində məişət zorakılığına məruz qalan şəxslər üçün 24 saat ərzində verilən təcili uzaqlaşdırma və mühafizə orderləri mövcuddur. Bu orderlər zorakılıq törədən şəxsin qurbanla təmas qurmasının dərhal qarşısını alır. Azərbaycanda isə belə təcili müdafiə mexanizmləri ya mövcud deyil, ya da olduqca məhduddur. Digər tərəfdən, milli mentalitetdən qaynaqlanan sosial yanaşma qadınların zorakılığı açıq şəkildə ifadə etmələrini çətinləşdirir. Sosial təzyiq və qınaq səbəbindən onlar hüquq-mühafizə orqanlarına və ya digər müvafiq qurumlara müraciət etməkdə tərəddüd edirlər.
Sual: Məktəblərdə məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərinin az olması və Azərbaycanda xüsusi ixtisaslaşmış məhkəmə departamentlərinin olmaması bu sosial problemin həllinə necə mane olur və bu sahədə hansı islahatlara ehtiyac var?
Cavab: Təhsil sistemi bu məsələdə mühüm rol oynayır. Məktəblərdə məişət zorakılığı ilə bağlı maarifləndirmə tədbirlərinin kifayət qədər olmaması gənc nəsillərin bu problemə qarşı mübarizə aparmaq üçün zəruri bilik və bacarıqlara sahib olmamasına gətirib çıxarır. ABŞ və bəzi Qərb ölkələrində məişət zorakılığı ilə bağlı xüsusi ixtisaslaşmış məhkəmələr və hüquq-mühafizə qurumları fəaliyyət göstərir. Azərbaycanda isə bu sahəyə aid xüsusi ixtisaslaşmış hakimlər və ya müvafiq məhkəmə strukturları mövcud deyil, bu da məsələnin hüquqi müstəvidə operativ və effektiv şəkildə həllini çətinləşdirir.
Nəticə olaraq, məişət zorakılığı ilə mübarizədə uğur əldə etmək üçün vahid mərkəzləşdirilmiş hüquqi və sosial dəstək mexanizmlərinin yaradılması, zorakılıq törədən şəxslərin məcburi reabilitasiyası, pulsuz hüquqi yardımın əlçatanlığının artırılması və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir.
Azərbaycanda bu sahədə təcili müdafiə orderlərinin tətbiqi, məişət zorakılığına dair ixtisaslaşmış məhkəmələrin və hüquq-mühafizə bölmələrinin yaradılması, eləcə də məktəblərdə müvafiq məlumatlandırma proqramlarının təşkil edilməsi bu sahədə irəliləyiş əldə etmək üçün mühüm addımlar ola bilər.
Təhsilin əhəmiyyətləri

Nərgiz xanımın təhsilə verdiyi böyük önəm onun günlük həyat tərzində də özünü açıq şəkildə göstərir. O, hər zaman yeni biliklərə və inkişaf etməyə açıqdı, həm şəxsi həyatda, həm də peşəkar sahədə özünü daim təkmilləşdirir. Təhsil onun həyatının ayrılmaz bir hissəsidir və bu yanaşma həm özünün, həm də ətrafındakıların uğuruna müsbət təsir göstərir. Nərgiz xanımın təhsilə verdiyi dəyər yalnız öz uğurlarında deyil, həm də cəmiyyətə verdiyi töhfələrdə özünü aydın şəkildə büruzə verir.
Sual: Təhsilin əhəmiyyətini dərk edən və bütün çətinliklərə baxmayaraq, onu davam etdirməyi prioritet sayan bir insan olaraq, gənclərə hansı məsləhətləri verərdiniz?
Cavab: Mən özümü tanıdığım andan etibarən kim olmaq istədiyimi və hədəflərimi dəqiq bilirdim. Bunun üçünsə mənə təhsil almaq lazım idi. Qarşıma məqsəd qoydum ki, bütün çətinliklərə qalib gələrək bu yolda irəliləyim. Amma bu təhsil mənə nə verdi? O mənə nəyə lazım idi? Bu, sadəcə şəxsi ambisiya idimi? Əsla!
Sual: Bu böyük layihələrdə iştirak etməyiniz və əldə etdiyiniz mühüm uğurlar sizə hansı şəxsi və peşəkar təcrübələr qazandırdı?
Cavab: Mən hüququ seçdim, çünki hər zaman haqq-ədalət axtarışında idim və insanlara faydalı olmaq istəyirdim. Mənim məqsədim zəiflərin yanında durmaq, doğru olanı müdafiə edərək haqqı qorumaq və cəmiyyətə xidmət etmək idi. Bu yol mənim üçün çox erkən yaşlardan başlayaraq böyük nailiyyətlərlə dolu oldu. Gənc yaşlarımdan Azərbaycan qazının beynəlxalq arenada tanıdılması, Cənub Qaz Dəhlizi layihəsi, ilk iqtisadi zonanın yaradılması, ədliyyə sisteminin elektronlaşması, övladlığa götürmə sahəsində islahatlar, Əmək Məcəlləsində genişmiqyaslı dəyişikliklər və əmək bazarının beynəlxalq əməkdaşlıq sisteminə inteqrasiyası kimi böyük layihələrdə iştirak etdim. Bu layihələr mənim gənclik illərimin ən parlaq və mühüm uğurları oldu, hər biri isə haqqı, ədaləti və insanlara fayda gətirməyi necə prioritetləşdirdiyimi əks etdirir.
Sonluq
Nərgiz xanım, hərtərəfli inkişaf etmiş bir xanımsınız. Danışdıqca keçmişimi yenidən xatırlayıram və sanki həyatımı sizin söylədiklərinizdən ilham alaraq yenidən qurmaq istəyirəm. İndiki gənclər düşünməlidirlər ki, elm yalnız bilik vermir, həm də insanı mənəvi cəhətdən inkişaf etdirir. Elmin vasitəsilə əldə edilən biliklər insanın dünyagörüşünü genişləndirir və ona əxlaq prinsiplərini və dəyərləri öyrədir. Bu isə insanın şəxsi inkişafına və cəmiyyətin daha ədalətli və mədəni şəkildə irəliləməsinə səbəb olur. Qədim Yunan filosofu Epiktet demişdir: "Hər bir cəmiyyətdə hər şeydən əvvəl elm və əxlaqı öyrənmək lazımdır." Bu yanaşmanı həyatında uğurla tətbiq edən Nərgiz Həbibova, sahib olduğu yüksək keyfiyyətlərlə cəmiyyətin inkişafına və insanların mənəvi zənginləşməsinə töhfə verərək gələcək nəsli təhsilə və maariflənməyə istiqamətləndirir.
Nərgiz xanım, həyatınızda həmişə uğurlar əldə etməyinizi arzulayıram.

R.İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 19:30
“Qəhrəmanlar Anası” adlı anım tədbiri keçirilib
Hadisə
Bu gün, 18:30
Şamaxıda zəlzələ olub
Hadisə
Bu gün, 16:49
ADA məktəbinin şagirdi vəfat edib
Siyasət
Bu gün, 16:16
Zakir Həsənov Yaşar Güler ilə görüşüb
Populyar Xəbərlər