Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini təbrik edib.
“Ulusum”.az xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən güc alır. Biz bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinə xüsusi önəm veririk.
Hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır. Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik.
İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 12:00
Paltarları illərlə yuyulmayan dahi usta
Dünya
Bu gün, 11:30
NATO-nun Rusiyaya qarşı müharibəyə xərcləri
Siyasət
Bu gün, 11:20
XII Qlobal Bakı Forumunun açılış mərasimi başladı
İdman
Bu gün, 11:00
Azərbaycan millisinin rəqibləri bəlli olub
Dünya
Bu gün, 10:30
Trampın "Qəzzə planı" nələrə səbəb olacaq ?- Açıqlama
Maraqlı
Bu gün, 10:00
Demans əleyhinə pəhrizə başlamaq üçün - yaş həddi
İdman
Bu gün, 09:30
Ronaldo və Nadalın restoranı bağlanıb
Dünya
Bu gün, 09:00
Tramp: Rusiyaya təzyiq göstərmək mümkündür
Cəmiyyət
Dünən, 20:14
Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı
Populyar Xəbərlər
Rabat şəhərində Azərbaycan səfirliyinin təşkil etdiyi iftar süfrəsinin - VİDEOSU
Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Səfir Trampı tənqid etdiyi üçün vəzifəsindən azad edilib
"Ulusum".az Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi
Mixail Saakaşvilinin cəzası bəlli oldu