Bu gün, 09:21 0 Sağlamlıq

Kofein və Adrenal Yorğunluq – Dietoloq Leyla Zülfiqar xəbərdarlıq edir

Kofein və Adrenal Yorğunluq – Dietoloq Leyla Zülfiqar xəbərdarlıq edir
Kofein ilk baxışda enerjili təsir bağışlasa da, bədəndə magnezium itkisini artıraraq daha dərin yorğunluğa səbəb ola bilər.

Dietoloq Leyla Zülfiqar ulusum.az-a bildirir ki, xüsusən gənclər arasında yayılan emosional boşluq, xroniki yorğunluq və enerji çatışmazlığı gizli adrenal yorğunluğun əlamətidir.


Kofein adrenal vəzin qısa müddətli “doping” kimi stimullaşdırır, lakin problemi müalicə etmir — sadəcə gizlədir. Bu isə zamanla orqanizmin enerji ehtiyatlarını azaldır.

Dietoloq Leyla Zülfiqar vurğulayır ki, inkişaf etmiş ölkələrdə insanlar kofe içsələr belə, itirdikləri magnezium və digər mineralları əlavələrlə bərpa edirlər.


Nəticə: Kofein təkbaşına enerji mənbəyi deyil. Onun təsirini balanslaşdırmaq üçün magnezium dəstəyi vacibdir. Əks halda, kofe sizi ayıltmaq yerinə daha da yoracaq.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.