Alimlər beynin güclənməsinin sadə və pulsuz yolunu açıqladılar.
Tədqiqatçılar neyron sistemini dərmansız bərpa etməyin yolunu açıqlayıblar
Ulusum.az xəbər verir ki, Çjençjan Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, quşların cəh-cəhini dinləmək depressiya və kədər hissini azaltmaqda demək olar ki, meditasiya ilə eyni dərəcədə təsirli olur.
Bu nəticələr Applied Psychology: Health and Well-Being jurnalında dərc olunub.
Tədqiqatda 187 tələbə iştirak edib, onlardan bəzilərində depressiya əlamətləri müşahidə olunub. Tədqiqat zamanı iştirakçılara əvvəlcə kədərli film fraqmentləri göstərilib, sonra isə ya quşların cəh-cəh səsini dinləmələri, ya da qısa meditasiya seansından keçmələri təklif olunub.
Hər iki üsul kədər hissini azaltdığı kimi, sakitlik duyğusunu da bərpa edib. Lakin depressiv simptomları olanlarda quşların cəh-cəh səsi daha güclü fizioloji effekt göstərib.
Eksperiment göstərib ki, bu iştirakçılarda ürək ritminin dəyişkənliyi daha tez bərpa olunur ki, bu da orqanizmin stressə adaptasiya qabiliyyətini əks etdirir.
Mütəxəssislər bildirir ki, quşların səsini dinləmək diqqət və məşq tələb etmədiyi üçün meditasiya ilə müqayisədə daha yumşaq və spontandır. Bu xüsusiyyət onu xüsusilə diqqət çatışmazlığı və emosional tonusun zəifləməsi olan insanlar üçün faydalı edir.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
