Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Mastürbasiya ölçülü və balanslı olduqda zərərsizdir, amma həddindən artıq olarsa sağlamlığa mənfi təsir edir
Masturbasiya cinsi ehtiyacın fərdi şəkildə qarşılanmasıdır və əslində bir çox insan üçün təbii proses sayılır
Araşdırmalar göstərir ki, bu fəaliyyət təkcə subaylara yox, evli insanlara da aiddir. Hətta bəzi evli şəxslər müntəzəm cinsi əlaqədə olsalar belə, masturbasiyaya ehtiyac duyurlar.
Masturbasiyanın zərərləri və faydaları onun tezliyindən və vərdiş halını alıb-almamasından asılıdır
Həftədə bir-iki dəfə masturbasiya etmək psixoloji rahatlıq və stressin azaldılması baxımından faydalı hesab olunur. Lakin bu prosesə aludəçilik yaranarsa, orqanizmin enerjisi tükənə və psixi narahatlıqlar baş qaldıra bilər.
Qadınlar da kişilər kimi masturbasiya ilə məşğul olurlar, lakin cəmiyyətin tətbiq etdiyi tabular səbəbindən bu haqda danışmaqdan çəkinirlər.
İnkişaf etmiş ölkələrdə qadın masturbasiyası normal qarşılanır, inkişaf etməkdə olan ölkələrdə isə bu, gizli qalır. Masturbasiya zamanı xəyal gücü əsas rol oynayır və burada qarşı tərəfin razılığına ehtiyac yoxdur.
Bəzi hallarda bu, insanın cinsi ehtiyacını normallaşdırsa da, psixoloji asılılıq yaratmaması üçün nəzarətdə saxlanılmalıdır. Androloq Azər Mirzəyev bildirir ki, hər gün bu proseslə məşğul olmaq tövsiyə olunmur və sağlam cinsi həyat üçün balanslı yanaşma vacibdir.
Androloq Azər Mirzəyev: “Masturbasiya normadan artıq olduqda psixoloji və fiziki zərərləri qaçılmazdır.”
Ulusum.az / R.İ
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
