Bu gün, 11:00 0 Sağlamlıq

Cinsi Pəhriz Nədir və 50 Yaşdan Sonra Hansı Təsirləri Yarada bilər?

Cinsi Pəhriz Nədir və 50 Yaşdan Sonra Hansı Təsirləri Yarada bilər?
Cinsi əlaqədən uzun müddət uzaq qalmaq orqanizmə necə təsir edir? Uroloqlar xəbərdarlıq edir

Cinsi pəhriz — cinsi münasibətlərin tam və ya müvəqqəti şəkildə dayandırılmasıdır


Bu hal müxtəlif səbəblərlə, məsələn, uzaq ezamiyyət, ailə problemləri, tibbi göstərişlər və ya dini-sosial səbəblərlə bağlı yaranır. Xüsusilə bəzi xəstəliklər zamanı, ürək-damar, prostat və ya əməliyyat öncəsi dövrdə həkimlər bu pəhrizi tövsiyə edirlər.

Spremoqramma kimi tibbi analizlər zamanı da 3-4 günlük cinsi pəhriz vacib sayılır. Lakin uzunmüddətli cinsi əlaqəsizlik kişilərdə psixoloji gərginlik, depressiya və özünə inamın azalması kimi fəsadlara səbəb ola bilər.

Bu hal eyni zamanda spermanın keyfiyyətinə və prostat vəziyyətinə də mənfi təsir göstərir.

Xüsusilə 50 yaşdan yuxarı kişilərdə cinsi pəhrizin davamlı olması cinsi istəksizliyə, potensiya zəifliyinə və ümumi sağlamlıq problemlərinə yol aça bilər.


Ulusum.az xəbər verir ki, androloq Azər Mirzəyev kişilərə mütəmadi tibbi müayinədən keçməyi və sağlam cinsi həyat tərzini qorumağı tövsiyə edir.

O bildirir ki, bu, həm cinsi sağlamlığın, həm də ümumi psixoloji vəziyyətin stabil qalması baxımından olduqca vacibdir. Beləliklə, cinsi pəhriz bəzən zəruri olsa da, onun uzunmüddətli olması sağlamlıq üçün risk yarada bilər.

R.İkramlı

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.