Hepatit C-ni 30 dəqiqəyə müəyyən edən ilk ekspress-test hazırlandı
Rusiyalı alimlər hepatit C virusunu sürətli və dəqiq şəkildə aşkar edən innovativ test hazırlayıb
Rusiya Rospotrebnadzor Elm Mərkəzinin alimləri hepatit C virusunu cəmi 25–30 dəqiqəyə aşkar etməyə imkan verən ilk ekspress-test hazırlayıblar.
Yeni test LAMP texnologiyası (pətləbənzər izotermik amplifikasiya) əsasında yaradılıb ki, bu da diaqnostika müddətini əhəmiyyətli dərəcədə qısaldır.
Mütəxəssislər bildiriblər ki, virusun tez aşkarlanması vaxtında müalicə və epidemioloji tədbirlərin effektiv həyata keçirilməsi üçün həyati əhəmiyyət daşıyır.
Ulusum.az xəbər verir ki, layihə Rusiyada “Sanitariya qalxanı” adlı federal proqram çərçivəsində gerçəkləşdirilib. Hepatit C virusu əsasən qan yolu ilə yayılır və qaraciyərdə ciddi fəsadlara, o cümlədən sirroz və xərçəngə səbəb ola bilər. Risk qrupuna immuniteti zəif şəxslər daxildir.
Yeni testin tətbiqi, virusun geniş yayılmasının qarşısını almaqda mühüm rol oynayacaq.
Ulusum.az / R.İkramlı
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
