Yuxuda anidən ölüm riski var - FOTO
Daim xoruldayan insanların nəzərinə: Yuxuda anidən ölüm riski var - FOTO
25 yaşlı Levis Litl adlı şəxs çox xoruldadığına görə vəfat edib
Ulusum.az xəbər verir ki, qeyri-adi hadisə illər əvvəl İngiltərənin Northumberland qraflığının Aşinqton şəhərində baş verib.
Mərhum gəncin sevgilisi və övladının anası Liza Li Levisin yatanda həmişə xoruldadığını deyib.
Həmin gecələrdən birində Liza uşağı ilə zalda olan zaman həyat yoldaşı yatmağa gedib.
Ancaq o çox yüksək səslə xoruldamağa başlayıb. Bu zaman Liza Levisi oyandırmaq və xorultusunu dayandırmaq üçün yataq otağına keçəndə həyat yoldaşının üzünün göyərdiyini və nəfəs almadığını görüb.
Ulusum.az xəbər verir ki, həkimlər Levisin bruqada sindromuna görə vəfat etdiyini söyləyib.
Liza Li bu hadisədən sonra bruqada sindromu ilə mübarizə üçün kampaniyaya start verib. Gənc ana bu xəstəliyə yoluxmuş insanların ürəyini yenidən işə salan cihaz olan implantasiya edilə bilən kardioverter defibrilyator (ICD) alınmasını təmin etmək üçün bir petisiya başladıb.
Qeyd edək ki, adətən xoruldayan insanlarda rast gəlinən bruqada sindromu ürək ritminin çox sürətlənməsi ilə müşahidə edilir.
Nəzarətdə saxlanılmayan xoruldama hadisələri bu sindromun tətiklənməsinə və infarkta səbəb ola bilir. Bu sindrom irsi(genetik) pozğunluqdan qaynaqlanır.
Bruqada sindromu zamanı ürəyin elektrik siqnalları pozulur, nəticədə ürək ritmi qəfil dəyişir və ürək bir anda dayanır. Bu, xüsusilə yatarkən və ya tam sakit vəziyyətdə baş verə bilər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
