Hormonal Balanssızlıq: Görünməyən Tarazlığın Pozulması
Orqanizmin fiziki və psixoloji sağlamlığına təsir edən hormon pozuntuları çox zaman sistemli şəkildə bədənin bütün funksiyalarını sarsıdır.
Hormonal balanssızlıq — orqanizmdə həyati vacib funksiyaları tənzimləyən hormonların lazılandan az və ya çox ifraz olunması nəticəsində yaranan tarazlıq pozuntusudur. Bu vəziyyət insanın həm fiziki, həm psixoloji, həm də reproduktiv sağlamlığına ciddi təsir göstərir.
İnsan bədənində hormonların istehsalını və tənzimlənməsini həyata keçirən endokrin sistemə hipofiz, qalxanabənzər, böyrəküstü vəzilər və cinsiyyət vəziləri daxildir.
Bu vəzilər tərəfindən ifraz olunan hormonlar enerji mübadiləsi, yuxu, emosional vəziyyət, böyümə, cinsi yetkinlik, menstrual dövr və bədən temperaturunun sabitliyini idarə edir. Hormonal disbalans isə bu sistemlərin işləməsinə ciddi təsir edərək müxtəlif simptomlarla özünü göstərə bilər.
Əksər hallarda hormonal pozuntu yalnız bir vəzilə məhdudlaşmır. Məsələn, hipofiz vəzisindəki problem qalxanabənzər və ya reproduktiv vəzilərin də funksiyalarını poza bilər. Prolaktin yüksəkliyi sonsuzluqla nəticələnə, tiroid hormonlarının pozulması isə maddələr mübadiləsi və psixoloji duruma təsir edə bilər.
Sağlam Yaşa/ Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
"Tibbi İstehsalçıların iş forumu" və 11-ci Türk Tibb Dünyası Qurultayı Ankarada keçiriləcək
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
