Bu gün, 10:30 0 Sağlamlıq

Endokrin Sistemin Xəstəlikləri və Müalicə Yanaşmaları

Endokrin Sistemin Xəstəlikləri və Müalicə Yanaşmaları
SUAL: Şəkərli diabet xəstələrinin hamısı insulin qəbul etməlidirmi?

CAVAB: Xeyr. Şəkərli diabet 2 əsas tipə bölünür:

- Tip 1 şəkərli diabet – Mədəaltı vəzi insulin ifraz etmir. Bu xəstələr ömürlük insulin müalicəsinə ehtiyac duyurlar.
- Tip 2 şəkərli diabet – Bədəndə insulin var, lakin ona qarşı həssaslıq azalmışdır (rezistentlik). Bu zaman pəhriz, fiziki aktivlik və dərman müalicəsi ilə insulinə ehtiyac olmadan şəkər nəzarətdə saxlanıla bilər.


ZOB XƏSTƏLİKLƏRİ
(Qalxanabənzər vəzin böyüməsi və/və ya funksiyasının pozulması)

İKİ ƏSAS FORMASI:
1. Zəhərli zob (Hipertiroidizm) – Hormon ifrazı artmışdır.
Əlamətlər: Arıqlama, tərləmə, əsəbilik, yuxusuzluq, ürəkdöyünmə
Müalicə: Antitiroid preparatlar, cərrahiyyə və ya radioaktiv yod terapiyası

2. Təmbəl zob (Hipotiroidizm) – Hormon çatışmazlığı
Əlamətlər: Yorğunluq, səsin tutulması, yuxululuq, ödem, təngnəfəslik
Müalicə: Hormonal əvəzedici terapiya (levotiroksin və s.)

Endokrinoloq Səbinə Paşayeva ulusum.az-a bildirir ki, osteoporoz, sümük kütləsinin azalması ilə müşayiət olunan və nəticədə sümük
sınıqları ilə nəticələnən metabolik bir xəstəlikdir.


Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, 50 yaşdan yuxarı hər iki qadından biri və hər üç kişidən
biri bu xəstəlikdən əziyyət çəkir.

Məlumdur ki, insan orqanizmində sümüklərin inkişafı 25-30 yaşa qədər tamamlanır və bu dövrdə sümüklər öz maksimal
kütləsinə çatır. Lakin 40 yaşdan sonra sümük kütləsi azalmağa başlayır.

Belə ki, kişilərdə illik sümük itkisi təxminən 1%, qadınlarda isə 1-4% təşkil edir. Xüsusilə klimakterik dövrdə, uzunmüddətli dərman
müalicələri və müxtəlif xəstəliklər fonunda bu itki illik 5%-ə qədər arta bilər.

Nəticədə sümüklər öz möhkəmliyini itirir və kövrəkləşir ki, bu da osteoporoz adlanır.

Osteoporoza ən çox menopauza sonrası qadınlarda rast gəlinir.

Bununla yanaşı, xəstəliyin yaranmasına səbəb olan bir sıra risk faktorları mövcuddur.


Bunlara aşağıdakılar daxildir:

- Kortizon, tiroid hormonları, heparin, antiepileptik dərmanlar kimi preparatların uzunmüddətli istifadəsi
- Spirtli içki qəbulu
- Siqaret çəkmə
- Kofein istifadəsi
- Kalsium və D vitamini çatışmazlığı

- Hərəkətsizlik, az fiziki aktivlik
- Müxtəlif endokrin xəstəliklər
- 5 il ərzində 3 sm-dən çox boy itkisi
- Üç və ya daha çox doğuş etmiş, 1 ildən çox uşaq əmizdirmiş qadınlar
- Əvvəllər sümük sınıqları keçirmiş şəxslər

Osteoporozun qarşısının alınması üçün risk faktorlarından uzaq durmaq, düzgün qidalanmaq və aktiv həyat tərzi vacibdir.

ENDOKRİN ŞÖBƏDƏ ƏN ÇOX RAST GƏLİNƏN XƏSTƏLİKLƏR:

- Tip 2 şəkərli diabet
- Zob xəstəlikləri (hiper/hipotiroidizm)
- Böyrəküstü vəz xəstəlikləri
- Tiroid krizləri və digər kəskin endokrin vəziyyətlər
- Osteoporoz (sümük əriməsi)

OSTEOPOROZ — ƏN ÇOX KİMLƏRDƏ OLUR?
- Uzunmüddətli kortikosteroid qəbulu
- Menopauzadan sonrakı qadınlar
- Zob pozğunluğu olanlar
- Akromeqaliya və Kuşinq sindromu xəstələri

DİAQNOZ:
Osteoporozun “qızıl standart” diaqnostika metodu densitometriyadır. Bu müayinə ilə sümük sıxlığı ölçülür və sümük əriməsi dərəcəsi müəyyən edilir.

Endokrin Xəstəliklər haqqında

Sual:
Şəkərli diabet (zəbt) xəstələrinin hamısına insulin müalicəsi vacibdirmi?

Cavab:
Xeyr, hər şəkərli diabet xəstəsi insulinə ehtiyac duymur. Şəkərli diabet iki əsas tipə bölünür:

Tip 1 şəkərli diabet – mədəaltı vəzi insulin ifraz etmir. Bu tip xəstələr ömür boyu insulin müalicəsinə ehtiyac duyurlar.

Tip 2 şəkərli diabet – bədən insulin ifraz edir, lakin toxumalar insulina qarşı həssaslığını itirir (rezistentlik yaranır). Bu xəstələr düzgün pəhriz, fiziki aktivlik və dərman müalicəsi ilə uzun müddət insulinsiz idarə oluna bilirlər.


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.