Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Gimnastika müəlliməsi Kəmalə Rəcəbova “Mətbəxt” rubrikası üçün öz əlləri ilə tavada şirin alma hazırlayıb
Körpələr evində çalışan gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Körpələr evi–uşaq bağçasının gimnastika müəlliməsi Kəmalə Rəcəbova “Mətbəxt” rubrikası üçün öz əlləri ilə tavada şirin alma hazırlayıb. Buyurun, resepti təqdim edirik:
Tərkibi:
- 2 ədəd alma
- 0,5 stəkan su
- 2 xörək qaşığı şəkər (və ya doşab, bal – zövqə görə)
- Limon
- İstəyə görə: dondurma və ya az yağlı qaymaq
Hazırlanma qaydası:
1. Almaları soyun, iki yerə bölün, içini təmizləyin.
2. Hər tərəfini limonla tamlandırın (qaralmamasın və dad verməsi üçün).
3. Almaların qabıqları və tumlarını tavaya səpin.
4. Almaları tavaya düzün.
5. Qalan almaları sürtgəcin iri gözündən keçirin, üzərinə şəkər əlavə edib qarışdırın.
6. Şəkərli alma qarışığını tavada olan almaların üzərinə əlavə edin.
7. 0,5 stəkan su əlavə edib, təxminən 15–20 dəqiqə bişirin.
8. Almaların rəngi qəhvəyi olduqda, üstünə dondurma və ya qaymaqla servis edə bilərsiniz.
Nuş olsun!
R.DaşdəmirovaULUSUM.AZ
Diqqət Çəkənlər
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!
Zəfərin Tarixi: 8 Noyabr VİDEO
