Kişi sağlamlığı üçün vacib qidalar

Kişi sağlamlığı üçün ən vacib olan məhsullar arasında yağsız ət, Omega-3 yağ turşuları, meyvələr, tərəvəzlər və mürəkkəb karbohidratlar yer alır. Bu barədə "Gazeta.Ru"-ya Rusiya Elmi-Tədqiqat Qida Sistemləri İnstitutunun aparıcı elmi işçisi Mariyetta Aslanova danışıb.
Aslanova qeyd edib ki, kişilərin sağlamlığına diqqət yetirməsi çox vacibdir, çünki bu, onların ümumi rifahını və orqanizminin güclü olmasını təmin edir. Kişilər üçün düzgün qidalanma, metabolizmə uyğun bir pəhriz olduqca önəmlidir.
O, yağsız ətin kişilərin pəhrizində mütləq olmalı olduğunu vurğulayıb, çünki bu ət növü balanslı zülal və əvəzolunmaz amin turşuları təmin edir, həmçinin testosteron istehsalında mühüm rol oynayan xolesterin ehtiva edir.
Bundan əlavə, Omega-3 yağ turşuları ilə zəngin məhsulların — bitki yağlarının, balıq yağının, balığın, dəniz məhsullarının və qoz-fındığın pəhrizə daxil edilməsi tövsiyə olunur. Tərəvəzlər və meyvələr də vacibdir, çünki onlar vitaminlər, minerallar və antioksidantlarla zəngindir.
Aslanova, həmçinin, kişilərə mürəkkəb karbohidratları, xüsusən yarmaları və paxlalıları qəbul etmələrini tövsiyə edib. Bununla yanaşı, toyuq əti və tam taxıl məhsulları da pəhrizə əlavə edilməlidir.
Bunun əksinə olaraq, yağlı və tüstülənmiş ət məhsullarından, yüksək duzlu və transyağlardan, sadə karbohidratlardan, həmçinin pivədən uzaq durmaq lazımdır. Pivə, içindəki fitosestrogenlər səbəbindən kişi sağlamlığına mənfi təsir göstərə bilər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Dünən, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Dünən, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Dünən, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Dünən, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
İdman
Dünən, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Filtrlərin arxasında itən gerçəklik
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO