Süni ət depressiya riskini artırır

Sürrey Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli ət əvəzedicilərinə üstünlük verən insanlarda depressiya əlamətləri daha çox müşahidə olunur. Tədqiqatın nəticələri Food Frontiers jurnalında dərc edilib.
Mütəxəssislər vegetarianların psixi sağlamlığını iki qrupda qiymətləndiriblər. Birinci qrupa bitki mənşəli ət istehlak edənlər, ikinci qrupa isə bu cür məhsullardan uzaq duranlar daxil olub.
Araşdırma göstərib ki, vegan ətini seçənlərdə depressiya inkişaf riski 42% daha yüksək olub. Bundan əlavə, bu qrupun iştirakçılarında arterial təzyiqin yüksəlməsi və qan analizlərində iltihab əlamətləri qeydə alınıb.
Alimlər hesab edirlər ki, iltihab beynin əhval-ruhiyyəyə təsir edən kimyəvi maddələr istehsalını poza bilər. Bununla belə, onlar bu əlaqənin səbəblərini dəqiq anlamaq üçün əlavə araşdırmaların vacib olduğunu vurğulayırlar.
Digər tərəfdən, psixi sağlamlıq üçün potensial risklərə baxmayaraq, bitki mənşəli ət istehlakı qıcıqlanmış bağırsaq sindromu riskini 40% azalda bilər.
Araşdırmanın baş müəllifi professor Nofar Geyfman bildirib ki, balanslı qidalanma ilə bitki mənşəli ət əvəzedicilərinin təhlükəsiz olması mümkündür. Bu məhsullar ultraemal olunmuş hesab edilsə də və tərkibində çoxlu kalori, şəkər, doymuş yağ və duz olsa da, tədqiqat iştirakçılarının qida rasionlarında əsas qida maddələri baxımından ciddi fərqlər aşkar edilməyib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Qərbin Ukraynaya Dəstəyinin Bədəli – Xaos və Uçurum
Siyasət
Dünən, 17:30
Britaniya mediası Vaşinqtondakı Azərbaycan-Ermənistan liderlərinin görüşünü işıqlandırdı
Dünya
Dünən, 17:00
ABŞ: “Fələstin dövlətini tanımaq niyyətimiz yoxdur”
Siyasət
Dünən, 16:30
Rubio Azərbaycan və Ermənistana “Yeni Sülh Dövrü” münasibətilə təbriklərini çatdırdı Ask ChatGPT
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi