Diabetlə əlaqəli hüceyrə funksiyasının sirri üzə çıxıb

Missuri Universitetinin alimləri müəyyən ediblər ki, kimyəvi maddələrə həssas olan xemoreseptor adlı hüceyrələrin hiperaktivliyi 2-ci tip diabetin inkişaf riskini artırır. Araşdırmanın nəticələri The Journal of Physiology (TJP) jurnalında dərc olunub.
Xemoreseptor hüceyrələri boyundakı yuxu arteriyasının yaxınlığında yerləşir və orqanizmdə oksigen səviyyəsini tənzimləyir. Onların hiperaktivliyi ürək-damar xəstəlikləri və maddələr mübadiləsi pozuntuları ilə sıx əlaqəlidir.
Tədqiqatçılar hesab edirlər ki, oksigen səviyyəsinin tənzimlənməsi bu hüceyrələrin aktivliyinə təsir edə və nəticədə ürək-damar və maddələr mübadiləsi sağlamlığını yaxşılaşdıra bilər.
“Əvvəlki araşdırmalar göstərib ki, siçanlarda hiperaktiv xemoreseptorların çıxarılması qanda şəkərin və arterial təzyiqin normallaşmasına səbəb olur. Biz isə yüksək oksigen dozasının insanlarda bu hüceyrələrin aktivliyini azalda biləcəyini araşdırmaq istədik,” – deyə araşdırmanın aparıcı müəllifi, Missuri Universitetinin Fiziologiya kafedrasının dosenti Jaklin Limberq bildirib.
Tədqiqatda 17-si 2-ci tip diabet xəstəsi olmaqla 37 nəfər iştirak edib. Nəticələr diabet xəstələrində xemoreseptorların sağlam insanlara nisbətən daha aktiv olduğunu göstərib.
Hiperoksiya, yəni orqanizmdə oksigen konsentrasiyasının artırılması şəraitində bu hüceyrələrin aktivliyi azalıb, eyni zamanda ürək döyüntüsü və arterial təzyiq aşağı düşüb. Lakin bu təsir qlükozaya dözümlülük və insulin həssaslığının dərhal yaxşılaşmasına gətirib çıxarmayıb.
Alimlərin fikrincə, qısamüddətli hiperoksiya maddələr mübadiləsinin dərhal yaxşılaşmasına səbəb olmasa da, bu tədqiqatın nəticələri ürək-damar xəstəlikləri və diabetin müalicəsində yeni yanaşmaların inkişafına kömək edə bilər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 21:00
Qərbin Ukraynaya Dəstəyinin Bədəli – Xaos və Uçurum
Siyasət
Dünən, 17:30
Britaniya mediası Vaşinqtondakı Azərbaycan-Ermənistan liderlərinin görüşünü işıqlandırdı
Dünya
Dünən, 17:00
ABŞ: “Fələstin dövlətini tanımaq niyyətimiz yoxdur”
Siyasət
Dünən, 16:30
Rubio Azərbaycan və Ermənistana “Yeni Sülh Dövrü” münasibətilə təbriklərini çatdırdı Ask ChatGPT
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi