Vogue jurnalının stilistləri idman ayaqqabıları əvəzinə mokasin geyinməyi tövsiyə ediblər

Vogue jurnalının stilistləri idman ayaqqabıları əvəzinə mokasin geyinməyi tövsiyə ediblər. Bu barədə Vogue-un rəsmi saytında məlumat verilib.
Ekspertlər, Miu Miu, Prada və Loewe kimi aparıcı moda brendlərinin nümayişlərində görünən ağ rəngli klassik mokasin və loafer modellərinin trend olacağını bildiriblər. Bu ayaqqabılar müxtəlif üslublarda geyimlərlə mükəmməl uyğunlaşır.
Bundan əvvəl Vogue stilistləri, leopard naxışlı cins şalvarların 2025-ci ilin ən dəbli modeli olduğunu açıqlamışdılar. Həmçinin, 2000-ci illərdə populyar olan reper üslublu geniş cinslər, kontrast tikişli modellər və xam denimdən hazırlanmış cinslər də yenidən trendlər arasına daxil olacaq.
Stilistlər əlavə ediblər ki, futbol üslublu idman ayaqqabıları brendlərin kolleksiyalarında ən çox tələb olunan modellərə çevriləcək. Artıq bu modellər bir çox moda evlərinin mövsümi geyim xətlərində yer alıb. Ən populyar modellər sırasında Louis Vuitton Footprint Soccer, Fenty X Puma Avanti və Adidas Samba LT var. Nike isə futbol estetikasına uyğun hazırlanmış Total 90 modelini yenidən istehsal edəcəyini elan edib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 15:30
Yataq otağındakı 3 gizli təhlükə: Mütəxəssislər xəbərdarlıq etdi, dərhal atın
Dünya
Bu gün, 14:00
Çində dövlət qulluqçularına “xarici izolyasiya” başladı
İqtisadiyyat / Dünya
Bu gün, 13:30
BMW altı ayda mənfəətinin üçdə birini itirdi — satışlar da azalıb
Ədəbi sənət / Mədəniyyət
Bu gün, 12:06
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Mətbəx
Bu gün, 11:30
Niyə əti suda əritmək olmaz?
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi