17-07-2025, 12:30 0 Maraqlı / Dünya

"Gözəllik saxta imiş?" –Toy qərarını köhnə şəkillər pozdu

"Gözəllik saxta imiş?" –Toy qərarını köhnə şəkillər pozdu
Dağıstanlı gənc, nişanlandığı xanımın estetik əməliyyatlardan əvvəlki fotolarını gördükdən sonra toydan imtina edib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Cütlük bir ziyafətdə tanış olub və az müddət sonra kişi evlilik təklifi edib. O, sevdiyi qadının burun əməliyyatı və digər kosmetik prosedurlar etdirdiyini bilsə də, əvvəlki halını görmək istədiyini bildirib.

Qadın keçmiş fotolarını paylaşdıqda, gənc "dəhşətə gəlib" və geri çəkilib. O, xanımın təbiətdəki genetik görünüşünə məyus olduğunu, bu genlərlə övlad sahibi olmaq istəmədiyini deyib və münasibətə son verib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: