Silahlı şəxslər çətənə əkərkən yaxalandı

Balakəndə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub. Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar.
Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 11:31
Ann Buayon Azərbaycanı tərk etdi
Sağlamlıq
Bu gün, 11:30
Yumurtanı əvvəlcədən yumaq niyə təhlükəlidir?...
Maraqlı
Bu gün, 11:00
Nyu-Yorkda “ana südü” adlı dondurma satışa çıxarıldı
Cəmiyyət
Bu gün, 10:32
Medianın İnkişafı Agentliyi və Sinxua Xəbər Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Dünya
Bu gün, 10:30
ABŞ prezidenti Vaşinqtondakı əməliyyatla öyündü
Kriminal
Bu gün, 10:13
Silahlı şəxslər çətənə əkərkən yaxalandı
Dünya
Bu gün, 10:00
20 gəmidən 70-ə – Tunberqin flotiliya planı
Dünya
Bu gün, 09:30
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Siyasət
Bu gün, 09:19
İlham Əliyev Ərdoğanla görüşüb
Populyar Xəbərlər