Mətbəxin sirri - Analar üçün

Tanışlığımız təsadüfən baş verdi. Təbii gözəlliyi, insani keyfiyyətləri və gülərüzlüyü məni heyran etdi. Elə həvəslə, gözləri işıldayaraq arzularından bəhs edirdi ki, Arzu xanım. Rus dili müəlliməsidir, iki övladı və bir qız nəvəsi var.
"Nur" adlı şirniyyat evini açmağa necə qərar verdiniz?
İnsanların sağlam və təbii məhsullara olan marağını gördükcə, öz şirniyyat evimi açmaq istədim. Bu, həm işimi, həm də marağımı birləşdirən gözəl bir təcrübə oldu.
Hər hansı bir xüsusi resept və ya təcrübə istifadə edirsinizmi?
Bəli, mən xüsusi pəhriz çörəyi və şirniyyatlar hazırlayıram. Mənim əsas məqsədim şirniyyatların həm ləzzətli, həm də sağlam olmasıdır. İstifadə etdiyim inqrediyentlər təbii və hər kəsin rahatlıqla yeyə biləcəyi məhsullardır. Mən bir neçə qədim və özəl resepti birləşdirərək, hər zaman təzə və dadlı məhsullar təqdim etməyə çalışıram.
"Nur" şirniyyat evində ən çox hansı məhsul sevilir?

Ən çox sevilən pəhriz çörəyimdir. Bu çörək xüsusilə sağlam həyat tərzi sürən insanlar tərəfindən çox sevilir. Bu qədim və təbii üsulla hazırlanan çörək həm sağlamlıq baxımından faydalıdır, həm də unudulmaqda olan ənənələrimizi yaşadır. Nənələrimizin illərlə qoruyub saxladığı bu reseptdə kimyəvi qatqılara yer yoxdur, yalnız təbii inqrediyentlərdən istifadə edilir. Acırtma üsulu ilə hazırlanan çörək xüsusi dada və teksturaya malikdir.
Şirniyyat evinizi inkişaf etdirmək üçün hansı məqsədləriniz var?

Mənim məqsədim yalnız şirniyyat satmaq deyil, həm də insanlara sağlam və keyfiyyətli məhsullar təqdim etməkdir. Yaxın gələcəkdə pəhriz çörəyi və şirniyyatlarımızın çeşidini artırmağı planlaşdırıram.
Uğurlarınızın davamını arzulayıram! Sonda oxucularımıza nə demək istəyirsiniz?
Mənim üçün hər bir müştəri bir dostdur. Onların sağlamlığı və məmnuniyyəti mənim üçün ən vacibdir. Hər zaman sağlam və dadlı məhsullarımızla insanları sevindirmək istəyirəm.

Hər bir çörək və hər bir yemək onun həyat hekayəsinin bir hissəsidir — ailəsinə olan sevgisi, insanlara göstərdiyi hörmət və qətiyyətli əzmi. Bu yolda ona tükənməz enerji, daim inkişaf edən işlər və gözəl müştərilər arzulayırıq. Təki Arzu xanımın çörəkdən yaydığı xoş qoxu hər zaman davam etsin və onun hekayəsi daha çox insana ilham versin!

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 09:15
Ukrayna-Rusiya güzəştləri atəşkəsə necə təsir edəcək?
Köşə
Bu gün, 09:11
Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu
Siyasət
Bu gün, 08:37
Ərdoğan: Türkiyə Sülh və Ədalət Yolunda Qətiyyətlidir
Cəmiyyət
Dünən, 21:09
Ramazanın 14-cü günü: Dua, imsak və iftar vaxtı
Hadisə
Dünən, 20:51
Yevlaxda qətl hadisəsi törədildi
Dünya
Dünən, 20:00
Polşa Trampa şans verməyə çağırır
Hadisə
Dünən, 19:30
Moskvada avtobusda atışma
Siyasət
Dünən, 19:03
Azərbaycan XİN bəyanat yaydı
Maraqlı
Dünən, 19:00
Bu marinad ilə toyuq inanılmaz ləzzətli alınır
Populyar Xəbərlər
Rabat şəhərində Azərbaycan səfirliyinin təşkil etdiyi iftar süfrəsinin - VİDEOSU
Rabatda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
"Ulusum".az Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi
Mixail Saakaşvilinin cəzası bəlli oldu
Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı