Qəhvə yerinə istifadə olunan meyvə sürətlə yayılır: Yan təsirlərinə diqqət

Kiçik, amma təsiri böyük meyvə: Guarana. Amazon yağmur meşələrinin gizli xəzinələrindən biri olan bu qırmızı rəngli tropik meyvə, son illərdə enerji verən təbii tərkibi ilə həm elm dünyasının, həm də sağlam həyat sevənlərin marağını çəkir.
Son illərdə enerji içkilərində və əlavələrdə tez-tez qarşımıza çıxan guarana meyvəsi, təbii kofein tərkibi və sağlamlığa faydaları ilə yenidən gündəmdədir. Braziliya başda olmaqla Cənubi Amerikanın tropik bölgələrində yetişən bu bitki, əsrlərdir yerli xalqlar tərəfindən həm enerji mənbəyi, həm də şəfa vasitəsi kimi istifadə edilir.
Guarana (Paullinia cupana) Amazon yağmur meşələrində yetişən bir sarmaşıqdır. Xüsusilə qırmızı meyvələri və içindəki qara tumları ilə tanınır. Meyvənin tumu yüksək təbii kofein tərkibinə malikdir. Hətta bu tərkib, kofedə olan kofeinin demək olar ki, iki qatına qədər çata bilər.
Guarana tərkibindəki kofein sayəsində fiziki və zehni enerjini artıran təsirə malikdir. Bu xüsusiyyəti ilə idmançılar və intensiv iş rejimində olan şəxslər tərəfindən təbii dəstək məhsulları arasında seçilir. Yorğunluğu azaldır, diqqəti artırır və gün boyu daha canlı hiss etməyə kömək edir. Guarana, termogenik təsiri sayəsində maddələr mübadiləsini sürətləndirir və yağ yandırılmasına dəstək verir. Buna görə də bir çox arıqlama məhsullarında guarana ekstraktı yer alır. Həmçinin həzm sistemini tənzimləyici təsirləri də məlumdur.
Guarana, kofeindən əlavə, tannenlər, kateşin və saponin kimi güclü antioksidant maddələr də ehtiva edir. Bu maddələr sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidativ stresdən qoruyur və yaşlanma əlamətlərinin gecikməsinə kömək edir.
Tədqiqatlar göstərir ki, guarana beyin funksiyalarını dəstəkləyir. Yaddaşa müsbət təsiri olduğu, hətta bəzi araşdırmaların anksiyete və depressiya əlamətlərini azalda biləcəyini göstərdiyi bildirilir. Bu təsirlər dopamin və serotonin kimi neyrotransmitterlərin balanslaşdırılmasından qaynaqlana bilər.
Təbii bir məhsul olsa da, guarana yüksək kofein tərkibinə görə çox istifadə olunarsa, ürək döyüntüsünün sürətlənməsi, yuxusuzluq, mədə narahatlığı kimi yan təsirlərə səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəliyi olan şəxslərin həkim nəzarətində istifadə etməsi tövsiyə olunur.
Enerji səviyyəsini artırmaq, yağ yandırılmasına dəstək olmaq və zehni performansı gücləndirmək istəyənlər üçün guarana meyvəsi təbiətin təqdim etdiyi təsirli alternativlərdən biridir. Lakin hər təbii məhsul kimi, şüurlu və ölçülü istifadə edildikdə fayda verir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 19:08
Aygün Kazımova Gəncədə konsert verəcək VİDEO
Sağlamlıq
Dünən, 17:45
Gəncədə qrip əleyhinə vaksinasiyaya başlanılır
Mətbəx
Dünən, 17:24
Ulusumun Mətbəxində: Pendirli Kokoslu Şirinlik
Sağlamlıq
Dünən, 17:24
Kokosun 7 Faydası
Mətbəx
Dünən, 15:16
Ulusumun Mətbəxində: Badamburanın Ətri
Sağlamlıq
Dünən, 14:00
Cərrahi Onkologiyanın Məqsədləri Nələrdir?
Mətbəx
Dünən, 13:31
Ulusumun Mətbəxində: Qoz şirniyyatı
Mətbəx
Dünən, 12:30
Ulusumun Mətbəxində: Toyuqlu Makaron
Populyar Xəbərlər
Polifenol Nedir? Polifenol Faydaları Polifenollarla Zəngin Qidalar
BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Gələn il pensiyalar artacaq: Artım nə qədər olacaq?
Gəncədə faciəvi yol-nəqliyyat hadisəsi baş verib VİDEO