Dünən, 19:00 0 Şou-biznes

Reper Timati axtarışa verilib

Reper Timati axtarışa verilib
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı reper Timatiyə (Timur Yunusov) qarşı axtarış elan edib. Bu barədə məlumat iyulun 1-də bazaya daxil edilib, — RIA Novosti xəbər verir.

İyunda SBU musiqiçiyə ölkəyə giriş qaydalarını pozmaqda qiyabi ittiham irəli sürüb. Ona Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə qəsd ittihamı da yönəldilib.

Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, sənətçi həmçinin “Milli Təhlükəsizliyə Təhlükə” hesab edilən şəxslərin siyahısını aparan “Mirotvorets” saytının bazasına salınıb.

İyunda Ukrayna Baş Prokurorluğu da Timatiyə qiyabi şübhəli elan edib. Buna səbəb musiqiçinin dəfələrlə dövlət sərhədini qanunsuz keçməsi və Krıma səfər etməsi göstərilib. Reper Ukrayna Cinayət Məcəlləsinin 332-1-ci maddəsinin 2-ci hissəsini pozmaqda ittiham olunur. Onu “Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə qanunsuz daxil olmaq və oradan çıxmaqla dövlət maraqlarına zərər vurmaq”da günahlandırırlar.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: