Dünən, 20:30 0 Dünya

Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb

Londonda etiraz aksiyasında 890 nəfər saxlanılıb
London polisinin məlumatına görə, şənbə günü Britaniya paytaxtında Palestine Action qrupunun qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyasında 890 nəfər saxlanılıb. Günün əvvəlində hüquq-mühafizə orqanları 425 nəfərin saxlandığını açıqlamışdı. Müqayisə üçün, bir ay əvvəl keçirilən oxşar nümayişdə 474 nəfər həbs olunmuşdu.

Aksiyanı Defend Our Juries (“Münsiflərimizi müdafiə edək”) hərəkatının fəalları təşkil edib. Onların məlumatına görə, şənbə günü Londondakı Parlament meydanında 1500 nəfər toplaşıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: