Araz çayında suyun səviyyəsində artım müşahidə olunub - VİDEO

Araz çayında suyun səviyyəsində artım müşahidə olunub. Bəhrəmtəpə Hidroqovşağında ötürücü qapılarla suyun səviyyəsinin nizamlanması üçün təcili təxirə salınmaz tədbirlər görülüb. ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Araz çayında da suyun səviyyəsinə təsir edib. Bəhrəmtəpə Hidroqovşaq İstismarı İdarəsindən verilən məlumata görə çayda su artımı ötən gün axşam saatlarından artmağa başlayıb. Beləki Araz çayının qolları olan dağ çaylarındakı su artımı və güclü yağıntılar hesabına Araz çayında səviyyə qalxıb. Bugün səhər saatlarında isə Arazda suyun axımı saniyədə 400 kubmetrə bərabər olduğu üçün hidroqovşaqdakı ötürücü qapılar vasitəsi ilə suyun nizamlanması işlərinə başlanılıb. Suyun bir qismi suvarma kanallarına ötürülüb digər bir hissəsi isə çay yatağına buraxılıb. çayda su axımı saniyədə 120 kubmetrə qədər endirilib. İdarədən verilən məlumata görə hidroqovşaqda 6 ədəd su ötürücü qapı varki bunlar vasitəsi ilə saniyədə 2700 kubmetr suyun buraxılması və nizamlanması mümkündür. Hazırda çayda suyun səviyyəsi ilə bağlı hər hansısa təhlükə yoxdur.
Eltun Məmmədov
Eltun Məmmədov
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 16:05
Bakıda dəhşətli qəza: Mercedes yük maşını “Volkswagen”ə çırpıldı – 3 ölü, 1 yaralı - VİDEO
Cəmiyyət
Bu gün, 13:28
Müəlliməyə qızıl üzük bağışlandı: Tovuz məktəbində araşdırma başlandı - VİDEO
Elan
Bu gün, 13:02
"ƏDV geri al"anlara XƏBƏRDARLIQ
Kriminal
Bu gün, 11:37
Tovuzda DƏHŞƏT: Sabiq məmurun oğlu anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı
Kriminal
Bu gün, 11:17
DIN KRİMİNAL XRONİKA
Populyar Xəbərlər
Ukrayna dronları Rusiya hərbi aerodromlarına hücum edib – “Hörümçək toru” əməliyyatı - VİDEO - FOTO
"Səssizliyin Səsi Olaq" Suverenlik İlində Eşitmə Məhdudiyyətli Uşaqlara Ümid Dolu Bayram
Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO
Mobil tarif və internet qiymətləri mübahisəyə səbəb oldu - VİDEO
Rusiya və Ukrayna nümayəndələri Çırağan sarayında üz-üzə gəlir
Baydenin xəbəri varmı? Prezidentin adından sənədləri kimlər təsdiqləyib?