5-06-2024, 15:24 0 Hadisə

Lənkəranda avtomobil 67 yaşlı piyadanı vurdu

Lənkəranda avtomobil 67 yaşlı piyadanı vurdu

Lənkəranda baş verən qəzada xəsarət alan var.



Ulusum.az bildirir ki, Lənkəran rayonunun Şiləvar dörd yolu deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Lənkəran rayon sakini 1957 - ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub.

Baş nahiyyəsindən xəsarət alan yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.

Eltun Məmmədov
Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: