Manhettendə faciə: Psixoloji problemi olan gənc 4 nəfəri qətlə yetirib

Nyu-Yorkun Manhetten bölgəsindəki biznes mərkəzində atışma törədən kişinin əvvəldən sənədlərlə təsdiqlənmiş psixi problemləri olub.
Bu barədə şəhər polis idarəsinin komissarı Cessika Tiş CNN telekanalına açıqlama verib.
Onun sözlərinə görə, atəşi açan şəxs 27 yaşlı Şeyn Tamura olub və o, Las-Veqasdan gəlib. Komissar bildirib ki, Tamura əvvəlcə binanın foyesində atəş açmağa başlayıb, daha sonra liftlə 33-cü mərtəbəyə qalxaraq atəş açmağa davam edib və sonda intihar edib. Tiş qeyd edib ki, Tamuranın çağırdığı liftdən bir qadın düşüb və o, həmin qadının “zərər görmədən yanından keçməsinə icazə verib”.
Şəhərin meri Erik Adams isə bildirib ki, atışma nəticəsində biri polis əməkdaşı olmaqla dörd nəfər həyatını itirib.
Qanlı hadisə 28 iyulda Manhettendəki hündürmərtəbəli binada baş verib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq