24-07-2025, 14:30 0 Hadisə / Türkiyə

Eskişehirdə alov can aldı – 10 nəfər həlak oldu - VİDEO

Eskişehirdə alov can aldı – 10 nəfər həlak oldu - VİDEO
Türkiyənin Eskişehir vilayətinin Seyitgazi rayonunda baş verən dəhşətli meşə yanğını insan itkisi ilə nəticələnib. Bu barədə Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

Nazirin sözlərinə görə, hadisə zamanı ümumilikdə 24 nəfər xəsarət alıb, onlardan 14-nün müalicəsi davam edir. Təəssüf ki, alovların qarşısını almağa çalışan beş meşə işçisi və beş xilasedici həyatını itirib.

Yanğın dünən səhər saatlarında Seyitgazi rayonunun Büyükyayla və Fethiye kəndləri yaxınlığında başlayıb, daha sonra Afyonkarahisar vilayətinin Sarıcaova kəndi istiqamətinə doğru yayılıb.

Hadisə bölgəsində təcili tədbirlər görülür, axtarış və söndürmə işləri davam edir.



Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: