23-07-2025, 16:30 0 Hadisə / Dünya

Diplomat yoxsa narkokuryer? – Sərhəddə 205 kilo kokainlə tutuldu

Diplomat yoxsa narkokuryer? – Sərhəddə 205 kilo kokainlə tutuldu
Konqodan olan və Belçikada akkreditə olunmuş diplomat Bolqarıstan-Türkiyə sərhədində saxlanılıb. O, 205,9 kiloqram kokain keçirməyə cəhd edib. Bu barədə HLN nəşri məlumat yayıb.

Narkotik vasitələr Belçika diplomatik nömrələri olan avtomobildə, beş ədəd markalı çemodanda gizlədilib. Lakin gömrükdə polis iti çemodanlara reaksiya verib və axtarış zamanı qadağan olunmuş maddələr aşkar edilib.

Yerli polis bildirib ki, bu hadisə ölkə sərhədlərində indiyə qədər aşkarlanan ən böyük narkotik partiyasıdır.

Müsadirə olunan narkotiklərin bazar dəyəri 20 milyon avro təşkil edir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: