Euronews Georgia-nın qurucusu Ramişviliyə 10 il həbs cəzası təhlükəsi

Gürcüstanın tanınmış iş adamı, Silk Road Group, Silknet və Euronews Georgia şirkətlərinin qurucusu Georgi Ramişvili qanunsuz silah saxlamaq ittihamı ilə saxlanılıb. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
İş adamına qarşı irəli sürülən maddə atıcı silahların, sursatın, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi, daşınması, saxlanması və istifadəsi ilə bağlıdır.
KİV-in məlumatına görə, Ramişvili 6 iyul, bazar günü saxlanılıb. İttiham təsdiqlənərsə, ona 10 ilədək həbs cəzası verilə bilər.
Qeyd edək ki, Silknet və Silk Road Group 2024-cü il noyabrın 30-da – Gürcüstanda hökumət əleyhinə etirazların başlamasından iki gün sonra – ölkənin Avropa İttifaqına üzvlük yolunu dəstəklədiklərini bəyan etmişdilər.
“Biz inanırıq ki, Gürcüstan konstitusiya kursundan yayınmamalı və Avropa məkanının bir hissəsi olaraq qalmalıdır. Bu yoldan imtina — azadlıqdan, inkişafdan və gələcəkdən imtinadır. Dinc etirazçılara qarşı zorakılığa “yox” deyirik”, – şirkətlərin bəyanatında bildirilirdi.
58 yaşlı Ramişvili Silknet şirkətinin müşahidə şurasının sədridir. 2020-ci ildən etibarən Silknet-in dəstəyi ilə Gürcüstanda Euronews Georgia telekanalının yayımı başlamışdı.
Georgi Ramişvili həmçinin 2018-ci ildə sabiq baş prokuror Otar Parxaladzenin toyunda şahid olub. Parxaladze 2023-cü ildən ABŞ sanksiyaları altındadır.
Ramişvili bir zamanlar Batumidə Trump Tower layihəsinin həyata keçirilməsini planlaşdırırdı. Layihə 2012-ci ildə Mixail Saakaşvilinin iştirakı ilə təqdim olunsa da, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra bu razılaşma ləğv olunmuş və tikinti dayandırılmışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 14:00
Pomidor acikası – hər qarnirin kraliçası
Dünya
Bu gün, 13:30
ABŞ xarici yük sürücülərinə iş vizalarını dayandırdı
Dünya
Bu gün, 13:00
ABŞ senatı Rusiyanı “terror sponsoru” elan edə bilər
Cəmiyyət
Bu gün, 12:03
Emin Əmrullayev Əmr imzalayıb
Maraqlı
Bu gün, 12:00
İsgəndəriyyə sahilində qədim heykəllər tapıldı
İdman
Bu gün, 11:30
Ruzanna Məmmədova dünya ikincisi oldu
Sağlamlıq
Bu gün, 11:00
Gərginliyin gülümsəmənizə gizli zərbəsi
Dünya
Bu gün, 10:30
Netanyahu müharibənin sonunun yaxınlaşdığını bildirdi
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq