Bu gün, 10:30 0 Dünya

Netanyahu müharibənin sonunun yaxınlaşdığını bildirdi

Netanyahu müharibənin sonunun yaxınlaşdığını bildirdi
Qəzzada hərbi əməliyyat tezliklə başa çatacaq. Bu, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Fələstin anklavına tam nəzarəti ələ keçirdikdən sonra mümkün olacaq. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Biz müharibənin sonuna yaxınlaşırıq – bu, İran və onun peyklərinin də iştirak etdiyi yeddi cəbhədə gedən bir müharibədir”, – deyə Sky News Netanyahunun sözlərini yayıb.


O vurğulayıb ki, ÇAXAL, HƏMAS-la silahı yerə qoymaq və girovları azad etmək barədə razılıq əldə olunsa belə, sektora nəzarəti ələ keçirəcək. Netanyahu bildirib ki, əməliyyatlardan sonra Qəzzada HƏMAS qalmayacaq.

İsrail Baş naziri həmçinin qeyd edib ki, müharibə daha tez bitə bilərdi – əgər fələstinli hərəkat silahı təhvil versəydi və qalan 50 girovu azad etsəydi. Netanyahu cari hərbi əməliyyatı Qəzzanın “azad olunması” kimi xarakterizə edib.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: