23-04-2025, 10:30 0 Hadisə

Ana və qardaşının cəsədləriylə eyni evdə iki həftə tək!

Ana və qardaşının cəsədləriylə eyni evdə iki həftə tək!
Nyu-Yorkda dörd yaşlı bir qız uşağı – Promis adlı balaca qız, iki həftə boyunca 38 yaşlı anasının və səkkiz yaşlı qardaşının çürüyən cəsədləri ilə birlikdə evdə kilidli qalıb. “Ulusum”.az xəbər verir ki, hadisə haqqında New York Post məlumat yayıb. Ailənin qohumları tərəfindən tapılan uşaq ağır dərəcədə arıqlamış və bu müddət ərzində yalnız şokoladla qidalanmışdı.

Bildirilir ki, ehtimal olunan ilk ölüm anası olub – astma xəstəsi olan qadının ürəyi dayanıb. Qardaşı isə vaxtından əvvəl doğulmuş və qidalanmaq üçün xüsusi zonda ehtiyac duyurdu.

Qonşular bildiriblər ki, Promisi daha tez xilas etmək mümkün idi. Uşaqlarla İş üzrə Xidmət əməkdaşları qapını döyüb cavab almadıqda gediblər. Polis əməkdaşları da eyni şəkildə davranıb. Məlum olub ki, qızın anası daha əvvəl də uşaqlara qarşı laqeyd münasibətə görə ittiham olunmuşdu.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: