23-04-2025, 09:30 0 Hadisə

Yuxuda xəyanət gördü, gerçəklikdə həyat yoldaşını bıçaqladı

Yuxuda xəyanət gördü, gerçəklikdə həyat yoldaşını bıçaqladı
Özbəkistanın Fərqanə vilayətində bir kişi arvadını öldürdüyü üçün 16 il azadlıqdan məhrum edilib. Bu barədə Uznews.uz vilayət məhkəmələrinin mətbuat xidmətinə istinadən xəbər verib. Onun adı açıqlanmayıb.

Margilan şəhərinin sakini yuxuda həyat yoldaşının ona xəyanət etdiyini görüb. Oyanan kimi təşvişə düşərək yastığının altındakı bıçağı götürüb və yuxuda gördüyü xəyanətə görə yatmış qadına 13 bıçaq zərbəsi endirib. Qadın aldığı yaralardan hadisə yerində vəfat edib.

Hadisədən sonra kişi baş verənlərin yuxu olduğunu anlayıb və təcili tibbi yardım çağırıb. Təəssüf ki, həkimlər qadını xilas edə bilməyib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: