3 ildir torpaq sahibinə verilmir - SƏBƏB? MƏMUR ÖZBAŞINALIĞI - FOTO EKSKLÜZİV

Sabirabad rayonu, Kovlar kənd sakini Şıxıyev Ələşrəf Füzuli oğlu 3 ildən çoxdur ki, Sabirabad Bələdiyyəsindən torpağını ala bilmir. Ulusum az-a müraciət edən şikayətçi bildirdi ki, ağır həyat şəraiti ilə əlaqədar olaraq 2020-ci ildə Prezident Administrasiyasına ərizə ilə müraciət edib. Məsələ Prezident Administrasiyası tərəfindən araşdırılaraq Sabirabad RİH-ə yönəldirilib.
Müraciətdə ailə vəziyyətinin çətinliyi, evin və torpaq sahəsinin olmaması nəzərə alınaraq, fərdi yaşayış evinin tikintisi üçün ona torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi rayonun Quruzma bələdiyyəsinə tapşırılıb.
Lakin Şıxıyev Ələşrəf artıq 3 ildən çoxdur ki, payına düşən torpağını ala bilmir. Bələdiyyə hər vəchlə vətəndaşı süründürməyə çalışırır. Ulusum.az saytı olaraq Quruzma bələdiyyəsinin sədri ilə əlaqə saxladıq. Sədr isə torpaq ehtiyatının olmadığını bildirdi.
Sabirabad RİH da ənənəvi olaraq məsələni həllinə köməklik etmək yerinə, diqqəti yayındırmağa çalışır.
Görünür, bölgələrdə məmur özbaşınalığı hələ də hökm sürməkdədir. Dövlət tərəfindən konkret olaraq tapşırıq verilir ki, yerlərdəki məmurlar icra etsin. Məmur isə buna əhəmiyyət vermir və vətəndaşın haqqı olan torpağı verməməklə, ümumilikdə, dövlətə qarşı biganəliyini sərgiləyir...
Ələşrəf Şıxıyev isə hələ də dövlət tərəfindən ona ayrılan torpağı alacağına ümidlidir... Axı o da bu ölkənin vətəndaşıdır...
Ulusum.az saytı olaraq məsələni diqqətdə saxlayırıq.
Ağa Dadaşzadə
[center]



Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 14:00
Soros və ailəsinə qarşı istintaq başlaya bilər
Sağlamlıq
Bu gün, 12:00
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?
Siyasət
Bu gün, 10:00
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyir
Dünya
Bu gün, 10:00
Fidan İsrailə qarşı tədbir çağırışı etdi
Hadisə
Bu gün, 09:30
Mehdiabadda yaşayış binasında yanğın - VİDEO
Hadisə
Dünən, 20:46
Faciəvi qəza: Elbrusda kanat trosu qopdu
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?