Giorgio Armani-nin milyardlıq imperiyasını kim idarə edəcək?

Dünya şöhrətli moda imperiyasının yaradıcısı Giorgio Armani 4 sentyabrda, 91 yaşında vəfat edib. Onun vəsiyyətinə əsasən, biznesin idarəetməsi təxminən on il əvvəl yaradılmış Giorgio Armani Fonduna həvalə olunub.
15 mart və 5 aprel tarixli vəsiyyətlər 9 sentyabrda İtaliya qanunvericiliyinə uyğun olaraq açılıb. Nəticədə milyardlarla avro dəyərində olan imperiyanın idarəsi dizaynerin yaxın çevrəsinə verilir.
Əsas rolu Pantaleo dell’Orco oynayacaq. O, Armaninin uzunillik dostu və iş ortağıdır və səsvermə hüququ olan səhmələrin 40%-nə sahib olacaq. Daha 30% fondun ixtiyarına keçir, qalan 30% isə dizaynerin bacısı və qardaşının övladları arasında bölüşdürülür (hərəsinə 15%). Onlar uzun illər şirkətin müxtəlif bölmələrində çalışıblar. Modelyerin bacısı və qardaşının digər qızı isə səsvermə hüququ olmayan səhmdarlar kimi qalır.
Moda imperiyası 27 şirkət və 2700 butikdən ibarətdir. Onun dəyəri 13 milyard avrodan çox, 2024-cü ildə illik gəliri isə 2,3 milyard avro olub. İrsi əmlak arasında Milanın XVII əsr sarayı, Pantelleriya adasında üzüm bağı olan villa, Pavia yaxınlığında Rosa villası, Forte dei Marmidəki iqamətgah, xaricdə mülklər və 34 milyon avroluq yaxta var.
ANSA-nın məlumatına görə, daşınmaz əmlakın bir hissəsi bacısı və qardaşının övladlarına keçəcək, lakin onlardan istifadə hüququ Pantaleo dell’Orcoda qalacaq. Qeyd edək ki, Giorgio Armani brendi xarici investorların əlində olmayan azsaylı italyan moda evlərindən biri olaraq qalır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Gündəm
Bu gün, 15:00
Türk brendinin Azərbaycandakı mağazaları bağlanır?
Dünya
Bu gün, 14:00
Soros və ailəsinə qarşı istintaq başlaya bilər
Sağlamlıq
Bu gün, 12:00
Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?
Siyasət
Bu gün, 10:00
Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyir
Dünya
Bu gün, 10:00
Fidan İsrailə qarşı tədbir çağırışı etdi
Hadisə
Bu gün, 09:30
Mehdiabadda yaşayış binasında yanğın - VİDEO
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?