Bu gün, 20:46 0 Hadisə

Faciəvi qəza: Elbrusda kanat trosu qopdu

Faciəvi qəza: Elbrusda kanat trosu qopdu
Kabardin-Balkar Respublikasının rəhbəri Kazbek Kokov məlumat verib ki, Elbrus dağında kanat yolu qırılıb.

İlkin versiyalardan birinə görə, hadisə trosun köhnəlməsi səbəbindən baş verib. Lakin kanat yolunun sahibləri bu məlumatı təkzib ediblər. Hazırda əsas ehtimal trosun dayaqlardan birindən çıxmasıdır.

9 nəfər xəsarət alıb.

3 nəfər – həyatını itirib. Onların Gora-Başıdan “Mir” stansiyasına eniş etdiyi bildirilir.

Hazırda hadisə yerində Elbrus rayonunun mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadaları, həmçinin fəlakət tibbi xidməti işləyir.

Qeyd edək ki, kanat yolu 3–24 sentyabr tarixlərində qış mövsümünə hazırlıq işlərində idi.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: