Pensiyalarda artım olacaq
Dürüstləşmiş büdcədə əsas prioritet istiqamətlər təhlükəsizlik, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldilən xərclərdir. Bu, vacib məsələdir. Çünki Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Bu ölkəni müxtəlif yollarla şirnikləndirərək yenidən vəziyyəti gərginləşdirmək, sərhəddə pozuculuq etmək, sülh müqaviləsindən yayındırmaq istəyən qüvvələr var. Bu xüsusda Fransa prezidenti özünün şeytan ampulasındadır. Bölgədə Rusiya, ABŞ, Fransa və Avropa İttifaqı arasında gərginlik qalmaqdadır. Ona görə də, Azərbaycan öz təhlükəsizliyinə böyük önəm verməlidir. Məhz dürüstləşmiş büdcənin də bir hissəsi hərbi və təhlükəsizlik xərclərinə yönəlib.
Ulusum.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin deputatı olmuş Musa Quliyev danışıb.
Onun sözlərinə görə, dürüstləşmiş büdcənin digər bir qismi isə Qarabağ və Şərqi Zəngəzurda gedən işlərin daha da sürətləndirilməsi, miqyasının genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtmasına istiqamətlənib:
"Ötən ilin sonunda büdcə layihəsi qəbul edilərkən bu ilin axırına 20 min keçmiş məcburi köçkünün geri qayıtması nəzərdə tutulurdusa, indi 25 min nəfərin öz yurd-yuvasına qayıdışı planlaşdırılır".
Musa Quliyev Sosial Müdafiə Fondu ilə İşsizlikdən Müdafiə Fondunun büdcəsində olan artımlardan da danışıb:
"Bu artımlar əmək haqqlarının yüksəlməsi ilə əlaqəlidir. Ötən ilin sonunda ölkə üzrə orta aylıq əməkhaqqı 930 manat olmuşdu. Proqnozlaşdırılırdı ki, bu ilin sonuna bu rəqəm 980 manata qədər yüksələcək. İlin birinci rübündə ölkənin sosial-iqtisadi inkişaf templərinin və meyllərinin təhlili göstərdi ki, ilin sonuna bu rəqəm 990 manat olacaq. Məhz 10 manatlıq artımdan irəli gələrək sığorta haqqlarında da artım qeydə alınıb. Beləliklə. İşsizlikdən Sığorta Fondunun gəlirləri ilə yanaşı, DSMF-nin gəlirlərində 0,4 faiz artım qeydə alınacaq. 190 milyon manat isə qeyri-büdcə sektorunda çalışanların sosial sığorta haqqlarında artım olacaq. Bu artımın isə bir hissəsi dövlət büdcəsindən gələn transfertin azaldılmasına yönəldiləcək".
O bildirib ki, DSMF-nin maliyyə mənbələrindən biri də dövlət büdcəsi və yaxud Dövlət Neft Fondudur:
"DSMF-nin məqsədlərindən biri odur ki, getdikcə dövlət büdcəsindən edilən transfertləri azaltsın. Beləliklə, ancaq öz qazancları hesabına sosial müdafiə xərclərini təmin etsin. Ona görə də, 160 milyon manat yenidən büdcəyə qaytarılır. Yerdə qalan 30 milyon manatlıq artım isə pensiyaların cüzi də olsa artımı üçün nəzərdə tutulub. Gələn ildən isə pensiya və müavinətlərdə artım olacaq".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
6-07-2024, 17:56
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ulusum.az xəbər
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
17-06-2024, 22:00
Monqolların Şərqdə yüksəldiyi dönəmdə Bayat əşirətinin İraqa girdiyi irəli sürülməkdədir. Türk tarixində Füzuli kimi
Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 10:07
ABŞ hərbi bazası raket hücumuna məruz qalıb
Cəmiyyət
Bu gün, 10:00
Almaniya Rusiyanın NATO ölkələrinə mümkün müdaxiləsi halında müdafiə planı hazırlayır
Maraqlı
Dünən, 21:03
Xoruldamağın qarşısını necə almaq olar?
Cəmiyyət
Dünən, 16:42
Avstraliyada 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunur
Hadisə
Dünən, 13:33
Macarıstan Ukrayna ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemi quraşdıracaq
Maraqlı
Dünən, 12:14
Qripin qarşısını tez zamanda necə almaq olar?
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar