15 oktyabr – Şəhidlərin xatirəsinə ehtiramla keçirilən anım tədbiri VİDEO
Abşeron Mədəniyyət Mərkəzində 15 oktyabr – Şəhidlərin xatirəsinə ehtiramla keçirilən anım tədbiri
Bu gün, 15 oktyabrda, Xırdalan şəhərində yerləşən Abşeron Mədəniyyət Mərkəzində Vətən müharibəsində qazanılan şanlı qələbənin 5-ci ildönümünə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş dərin mənalı bir tədbir keçirildi.

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə şəhid ailələri, ictimaiyyət nümayəndələri, məktəblilər və millət vəkilləri bir araya gəldilər.
Tədbirdə duyğulu anlar yaşandı. Qəhrəman şəhidlərimizin igidliyi, ailələrinin qüruru və xalqın minnətdarlığı sözlərlə ifadə olundu.
Qəlbləri sızladan bir təsadüf də bu günə damğa vurdu — Aprel döyüşlərində şəhid olmuş Əbdül Məcidin doğum günü məhz bu günə təsadüf edirdi.

Mərasimin sonunda şəhid anaları və deputatlar çıxış edərək qeyd etdilər ki, bu torpaq şəhidlərimizin qanı ilə azad olub və onların xatirəsi daim qəlblərdə yaşayacaq. Qazilərimizə isə möhkəm can sağlığı və xoşbəxt ömür arzulandı.

Ulusum.az komandası olaraq bu tədbirdə iştirak etdiyimiz üçün şərəf duyuruq.
Əbdül Məcidin anası Ceyran Ana başda olmaqla bütün şəhid analarına, ailələrinə sonsuz minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qəlbimizdə yaşayan bu acı, heç vaxt unudulmayacaq. Azərbaycanın sülh və sabitlik içində yaşaması üçün etdikləri fədakarlıq hər zaman yad ediləcək.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
