Bu gün, 14:30 0 Gündəm / Mətbəx

Köhnə resept, yeni trend – “Honeycomb”un qlobal şöhrətə gedən yolu Ulusum.az-ın araşdırması əsasında

Köhnə resept, yeni trend – “Honeycomb”un qlobal şöhrətə gedən yolu   Ulusum.az-ın araşdırması əsasında

“Bal Pətəyi” (Honeycomb) — hazırda dünyanın bir çox ölkəsində tanınan və sevə-sevə hazırlanan bu şirniyyat əslində yeni deyil.


Tarixçəsi onilliklər əvvələ gedib çıxsa da, onun 2021-ci ildə yayımlanan “Squid Game” serialından sonra dünya miqyasında məşhurlaşması geniş rezonansa səbəb olub.

Serialın məşhur səhnəsində iştirakçılar “Honeycomb” şirniyyatının üzərindəki şəkli qırmadan çıxarmağa çalışırdılar. Bu gərgin və vizual olaraq maraqlı səhnə sosial mediada sürətlə yayılaraq “Honeycomb Challenge” adlı trendlə milyonlarla insanın diqqətini çəkdi.

Əslində bu şirniyyat hansı ölkəyə aiddir?

Ulusum.az-ın beynəlxalq kulinariya saytlarını və xarici mətbuatı araşdırması göstərir ki, bu resept müxtəlif ölkələrin mətbəxində fərqli adlarla çoxdan mövcuddur:



- Cənubi Koreyada: “Ppopgi” və ya “Dalgona” adı ilə 1960-cı illərdən küçə şirniyyatı kimi satılıb. Ən çox uşaqların sevdiyi bu şirniyyat üzərində forma və simvolların çıxarılması oyunu ilə tanınıb.

- Böyük Britaniyada: “Cinder Toffee" adı ilə tanınır və xüsusilə də “Crunchie” kimi populyar şokolad məhsullarında istifadə olunur.

- Yaponiyada: “Karumeyaki” adı ilə satılır və orada da şirniyyat yandırılmış şəkərin karbonatla reaksiya nəticəsində köpürməsi ilə hazırlanır.

Milli mətbəximizlə qarışdırılan anlaşılmazlıq

Maraqlıdır ki, bəzi yerli kulinar blogerlər və şirniyyat ustaları bu resepti “pətək tortu” ilə qarışdıraraq onun milli mətbəximizə aid olduğunu iddia edirlər. Lakin bu, iki fərqli şirniyyatdır.

“Pətək tortu” – qat-qat kremli və bişirilən, tort formasında təqdim olunan desertdir. “Bal Pətəyi” (Honeycomb) isə sadəcə şəkər, bal və soda ilə hazırlanan, içi hava dolu, qırılqan və karamel dadlı bir şirniyyatdır.

İddialara sübut olaraq, sizə “pətək” adı ilə hazırlanan müxtəlif yerli tortlardan bir neçə nümunə göstərmək mümkündür. Amma bunların heç biri “Squid Game”dəki “Dalgona candy” ilə uyğun gəlmir – nə tərkib, nə hazırlanma üsulu, nə də tarixi baxımdan.

Nəticə olaraq:
Honeycomb və ya Dalgona candy – bu reseptin tarixi əcnəbi mətbəxlərlə bağlıdır və “Squid Game” serialı sayəsində məşhurlaşıb.

Onu milli desert kimi təqdim etmək düzgün deyil.


Lakin bu, həmin resepti dadmaqdan və mətbəximizdə sevə-sevə hazırlamaqdan bizi saxlamır. Sadəcə doğru mənbəyə və tarixçəyə əsaslanmaq vacibdir.





Biz də bu sadə şirniyyatı öz zövqümüzə uyğunlaşdıraraq zənginləşdirmiş, qat-qat krem və biskvitlərlə onu ‘Pətək tortu’ kimi milli mətbəximizə uyğunlaşdırmışıq.

Reseptlərinizi və mətbəx sirrlərinizi info@ulusum.az ünvanına göndərərək Ulusum.az‑ın resept rubrikasında yer ala bilərsiniz. Dad paylaşdıqca gözəldir! 🍽️

Love Food Feed
R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.