Payızda Bəlğəmli Öskürək və Uşaqlarda Müalicə Üsulları – VİDEO
Payız mövsümündə uşaqlarda ən çox rast gəlinən problemlərdən biri bəlğəmli öskürəkdir.
Analara tez-tez sual verilir:
'Bəlğəm gətirici nə verə bilərik?"
Uşağın burun axıntısı çoxdursa, bu bəlğəmə səbəb ola bilər.
Belə hallarda aşağıdakı tədbirlərə əməl etmək vacibdir:
1. Yatmazdan əvvəl burnu yaxşıca təmizləyin: Serum fizioloji məhlulu ilə burunu yumaq, yəni burnu tam təmizləmək lazımdır.
2. İnqalyasiya: Nebulizator vasitəsilə serum fizioloji ilə inqalyasiya edin.
Bu, tənəffüs yollarını yumşaldaraq bəlğəmi asanlıqla xaric etməyə kömək edir.
3. İlıq su və bal: Gün ərzində 1-2 stəkan ilıq su vermək faydalıdır.
Həmçinin, 3-4 dəfə ılıq suya və ya südə 1 qaşıq bal qatıb uşağa verə bilərsiniz.
4.Döyəcləmə: Uşağın sinəsinə gün ərzində yüngül və ritmik döyəcləmə edin, aşağıdan yuxarıya doğru vurun.
Bu, bəlğəmin xaric olmasına kömək edir.
Uşaqların tənəffüs yolları dar olduğundan və refleksləri böyüklər kimi güclü olmadığından, bu, çox vacibdir.
5. Yatış vəziyyəti: Uşağı yatarkən başı yüksək vəziyyətdə yatızdırın ki, bəlğəm boğazına axıb öskürəyə səbəb olmasın.
Siroplara başlamazdan əvvəl bu sadə, lakin effektiv üsullara diqqət yetirmək məsləhətlidir.
Uzman dr.Rövşanə Həsənzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
