“Karyeram dövründə İLK DƏFƏDİR...” EKSKLÜZİV

"ABŞ Çindən, Rusiyadan, İrandan, eyni zamanda daxili və xarici terrorizm təhdidləri, terror təhlükələri ilə üz-üzədir”
ULUSUM.az saytının ABŞ Bürosu xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vray açıqlama verib.
Onun sözlərinə görə, hazırkı terror təhlükəsi onun karyerasında xatırlaya biləcəyi ən yüksək təhlükədir:
"Hüquq-mühafizə orqanlarındakı karyerama nəzər saldıqca ictimai təhlükəsizliyimizə və milli təhlükəsizliyimizə bu qədər təhdidlərin birdən-birə yüksəldiyi bir dövrü xatırlamıram", - deyə bildirib. O, bununla bağlı ABŞ Nümayəndələr Palatasını da məlumatlandırdığını vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin maliyyə ilinin sonunda FTB tərəfindən 4 min beynəlxalq terror istintaqı açılıb.
Araşdırmaçılar isə hesab edir ki, 2017-ci ildə Tramp tərəfindən təyin olunan Kristofer Vrayın bu açıqlamaları öz agentliyi üçün daha çox vəsait almaq üçün başlatdığı kampaniyanın tərkib hissəsidir.
Statistikaya görə, FTB-nin 2024-cü ilin maliyyə büdcəsi hazırkı funksiyalarının qorunması üçün lazım olan vəsaitdən 500 milyon dollar azalıb.
Xatırladaq ki, ABŞ-ın eks prezidenti Tramp onu araşdırmalarda haqsız hədəfə aldıqlarını düşündüyünə görə, bu yaxınlarda Konqresi agentliyin maliyyələşdirilməsini ixtisar etməyə çağırmışdı, eyni zamanda FTB və Ədliyyə Nazirliyini "qəddar canavarlar" adlandırmışdı.
Münəvvər Vahabova
ULUSUM.az saytının ABŞ Bürosu.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:00
Kəsmikli və manqolu cheesecake - elə incə və yüngüldür ki, dadından doymaq olmur
Cəmiyyət
Bu gün, 13:47
Cahangir Əsgərov 170 milyondan danışdı
Hadisə
Bu gün, 13:45
Mağazada 22 yaşlı satıcı boynundan bıçaqlandı
Dünya
Bu gün, 13:00
İsveçrə ilə ABŞ arasında gömrük gərginliyi
İqtisadiyyat
Bu gün, 12:08
Bağlanmış bankların əmlakı hərraca çıxarılır
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri