Əlavə qidalar uşaqlarda hiperaktivlik yaradır!

Son zamanlar valideynlər uşaqlarının əsəbi və aqressiv olduğundan şikayətlənirlər. İngiltərədə aparılan araşdırmalar bunun əsas səbəbini üz çıxartdı.
Qazlı içkilər, fas fud qidaları, dondurmavə digər rəngli, cəzbedici görünüşü ilə diqqət çəkən qidalar uşaqlarda və yeniyetmələrdə ərköyünlük, aqressivlik, hiperaktivlik kimi mənfi xüsusiyyətlər yaradır.
Ulusum.az xəbər verir ki, İngiltərədə azyaşlılarda aparılan araşırmaların nəticələri həyəcan təbili çalmağa əsas səbəb oldu. Bildirilir ki, yeyəcəkləri içərisində qida əlavələrinin üstünlük təşkil etdiyi uşaqlar üçün təhlükə qaçılmazdır. Xüsusilə turşu və şəkər tərkibli qida əlavələrindən imtina etmək tövsiyə olunur.
Çünki bunlar uşaqlarda beyin inkişafını ləngitdiyinə görə diqqət dağınıqlığı, hiperaktivliyə, aqressivliyə yol açır.
Mütəxəssislər bildirirlər ki, mütəmadi olaraq çöldə qidalanan uşaqlarda səbrsizlik, tələşkənlik, uyğunlaşa bilməmə, davakarlıq kimi mənfi xüsusiyyətlərə daha çox rast gəlinir.
Adətən valideynlər övladlarının istədiyi hər qidanı alaraq onları razı salmağa çalışırlar. Halbuki həmin qidaların istehlakı onların səhhətinə təhlükə yaradır.
Hazırda uşaqların böyük əksəriyyətində şəkərli diabet kimi xəstəliklərə təsadüf olunur ki, bunların da təməlində məhz əlavə qidalar dayanır.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 15:38
Qusarda kişi arvadı və qaynını baltalayıb
Cəmiyyət
Bu gün, 15:36
DSX-nin gənc əsgərləri and içiblər
Dünya
Bu gün, 14:30
Tunberqdan böyük aksiyaya hazırlıq
Sağlamlıq
Bu gün, 13:30
Vaxtından əvvəl damarların qocalmasının əlamətləri
Dünya
Bu gün, 13:00
Avstraliya Fələstin dövlətini tanıyacaqmı?
Cəmiyyət
Bu gün, 12:48
Rayonlararası qatarların hərəkət cədvəli yeniləndi
Cəmiyyət
Bu gün, 12:26
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews