DSX-nin gənc əsgərləri and içiblər
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 106-cı ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin Döyüş Bayrağı sıra meydanına gətirilib. Daha sonra Dövlət Himni ifa olunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin qorunmasında əzmkarlıq nümayiş etdirəcəklərinə, dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə qoruyacaqlarına and içiblər.
Çıxış edənlər 106 illik şanlı tarixə malik Azərbaycan sərhəd mühafizə orqanlarının bu illər ərzində dövlət sərhədinin keşiyində mətinliklə dayandığını, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatında mühüm rol oynadığını, həyata keçirilən tədbirlər nəticəsində DSX-nin maddi-texniki bazasının gücləndiyini, sərhəd mühafizəsinin təşkilinin müasir tələblərə uyğunlaşdırıldığını xüsusi qeyd ediblər. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra dövlət sərhədinin bərpası, mühafizəsi və müdafiəsi istiqamətində görülən işlər bu sahədə yeni mərhələnin başlanğıcını qoyub. Bu uğurların əsasında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və Silahlı Qüvvələrə göstərdiyi ali diqqət və qayğı dayanır.
Mərasimlərdə gənc əsgərlərin valideynləri ilə görüş keçirilib, onların təəssüratları dinlənilib.
Gənc sərhədçilərin valideynləri yaradılan şəraitə və göstərilən diqqətə görə dövlətimizin başçısına və DSX-nin rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarının məhz belə şərəfli vəzifəni yerinə yetirməsindən qürur duyduqlarını ifadə ediblər.
Xidmətdə fərqlənən hərbi qulluqçuların təltifləndirilməsindən sonra mərasimlər təntənəli keçidlə yekunlaşıb.
Uluusm.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO